Qurban Qurbanov: "Azərbaycan futbolu o səviyyəyə çatmayıb ki..."

22.04.2016 | 4980 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 31-ci turunda "İnter"ə 2:0 hesablı qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Çox şükürlər olsun ki, 3 xal qazandıq və çempionluğa bir addım da yaxınlaşdıq. Tam olaraq öz futbolumuzu oynamadıq, amma bu da qələbəyə bəs etdi. Yaxşı qələbə oldu. Az bir vaxtda onlarla 3 oyunumuz olacaqdı. Qarşıdakı oyunlarımız daha çətin olacaq. Ola bilsin ki, nəyisə bizdən gizlətdilər. Bizi daha yaxşı tanıdırlar. Ola bilir ki, çempionatda 4 oyunda qələbə qazanırsan, amma kubokda məğlub edirsən. Bu oyun bizi aldatmamalıdır.

- “Qarabağ” ölkənin aparıcı klublarından birinə qarşı çox rahatsız oynadı. Bu sizə problem yaratmayacaq?

- Belə başa düşürəm ki, mən fikirlərimi hər dəfə düz ifadə edə bilmirəm. Ölkə daxili oyunlarla Avropa oyunları tam fərqli olur. Bəzi çatışmazlıqlar var, amma bunları nəzərə alırıq.

- Bu yaxınlarda dediz ki, ilk dəfədir heyətlə bağlı probleminiz yoxdur. Bu oyunçu bolluğu o deməkdir ki, siz bir neçə oyun modelindən istifadə edə bilərsiz?

- Bəli, oyunçu çox olanda, məşqçinin imkanları da geniş olur. Əsas odur ki, əldə olan futbolçuları qoruyub saxlaya bilək.  Biz heyəti ekə bölməliyik ki, heç kim yorulmasın, yüklənməsin. Bəzi Avropa oyunlarında oyun qurmaq, sistem dəyişmək üçün vaxtımız olacaq. Bu dəfə vaxtımız olacaq, mövsüm daha tez başa çatacaq.  Ola bilər ki, toplanışda oyunların sayın çox edək, sistemləri düşünək.

- “Zirə”nin prezidenti bildirib ki, hansı klub istəsə futbolçularımızdan Avroliqada yararlana bilər. Siz Bonillanı düşünürsüz?

- Bu barədə bir fikrimiz yoxdur. Bu, doğru da olmaz.  Yaxşı niyyətlə deyib, amma heç bir məşqçi buna razı olmaz.

- “Qarabağ” həqiqətən Bonilla ilə maraqlanır?

- Bonilla sizlərin də diqqətini çəkib, bu, yaxşı haldır. “Zirə” üçün də böyük köməyi olub. Bonilla ilə maraqlanmırıq.  Biz indi daha çox düşünürük ki, əlimizdə olan futbolçuları qoruyub saxlayaq.

- Reynaldo yenə də fərqləndi. Siz onun yenə belə formada qayıdacağını gözləyirdiz?

- Biz də onu meydana buraxmaqda tələsmədik. Biz onu ay yarım əvvəl də meydana buraxa bilərdik. Amma gözlədik, tam hazır vəziyyətə gətirdik. Ancaq hələ də tam formada deyil. Ayağında olan əvvəlki güc yoxdu. Bu, şərtdir. Yaxşı haldır ki, o, indi yaxşı vəziyyətdədir və yüksəlişdədir. Bu gün tam şahidi oldum ki, Reynaldo tam formada deyil. Öz üzərində şalışır. Zədə ona peşəkar olmaqda daha da kömək olur.

- Aqolli hakimlə mübahisə edəndə siz ona əsəbləşdiz...

- Mən bütün futbolçulara tapşırmışam ki, hakimlə mübahisə etməsinlər.

 - Reynaldo ağır zədədən sonra “Qarabağ”da gələndə yaxşı futbol oynadı. Burada isə yaxşı formada olduğu zaman əyləncələrə daha çox vaxt ayırdı və sonda zədələndi. Bu dəfə də eyni hal təkrarlana bilər?

- Bu hal olubsa, bununla maraqlanacam.

- Siz demişdiz ki, bu komanda ÇL üçün yetərli deyil. Nə gözləyək?

- Oyunçu oldu, olmadı, komanda güclənməlidir. Həmişə daha yaxşısı olur. Biz də çalışırıq ki, yaxşı futbolçu alaq. Biz Reynaldonu zədəli olanda almışdıq və  daha ucuz idi. Amma istədiyimiz super futbolçunun ən aşağı qiyməti 5 milyondur. Bunu almağımız isə çətin məsələdir. Amma başqa Reynaldo variantı olsa təbii ki, biz qəbul edərik. Biz hələ Azərbaycan futbolu olaraq elə səviyyəyə çatmamışıq ki, 5 milyonluq futbolçu alaq. Biz məşqlərdə daha çox çalışmalıyıq ki, əlimizdə olanı daha yaxşı  

- Mahir siz istədiyiniz kimi gedir, yoxsa hələ narazı qaldığınız məqamlar var?

- Belə getsə yaxşıdı. Mən istədiyim səviyyəyə o zaman çatacaq ki, oyunu, intizamı, əxlaqı hamısı yerində olsun. İndi əsas odur ki, öz üzərində çox çalışır. Bizdə əlimizdən gələni edirik ki, həm yaxşı insan, həm də yaxşı futbolçu kimi yetişsin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail