Migel Madera: "Bu hissi yaşamağı çox istəyirəm" - MÜSAHİBƏ

23.04.2016 | 3661 dəfə oxunub

"Qarabağ" – “İnter” (2:0) oyunundan sonra meydan sahiblərinin ispaniyalı futbolçusu Migel Madera  jurnalistlərin suallarını cavablandırıb. 

- Oyun çətin və maraqlı keçdi. Çempionatda asan matç olmur. Biz meydana qələbə qazanmaq üçün çıxmışdıq. Çətin də olsa, məqsədimizə çatdıq. Bu qələbə bizi məqsədimizə bir qədər də yaxınlaşdırdı.
 
-  “İnter” bu görüşdə sizə asanlıqla təslim oldu. Oyunun birtərəfli keçməsi sizin üçün darıxdırıcı deyildi?

- Rəqib oyunboyu müdafiə olundu. Buna görə də biz bütün oyunu topa nəzarət etməyə, hücumlar qurmağa çalışırdıq. Bu qədər müdafiə olunmalarına rəğmən, biz kifayət qədər qol epizodu yarada bildik.

- Adətən ispan futbolçular sakit oyun tərzinə üstünlük verirlər. Amma sənin oyununda daha çox aqressivlik hiss olunur. Bunun səbəbi nədir?

- Meydana çıxanda diqqətimi tamamilə oyuna yönəldirəm. Bəzən hisslərimə nəzarət edə bilmirəm. Bu zaman məşqçilər korpusu kənardan xəbərdarlıq edir. 
 
- Mövsümün əvvəlində “Qarabağ”a transfer olunan futbolçular arasında heyətə düşmək baxımından çətinlik yaşayacağın gözlənilirdi. Amma gedişat bunun əksini ortaya qoydu və hazırda həmin futbolçulardan ən çox meydanda olan sənsən.

- Mən mövsümün əvvəlində formada deyildim. Üstəlik, Premyer Liqaya uyğunlaşmağım lazım idi. İndi isə yaxşı formadayam. Mənə şans verirlər, mən də bundan yararlanıram.

- “İnter”lə kubok oyununda da qarşılaşacaqsınız. Həmin oyunun da sizin üçün belə rahat keçəcəyini gözləyirsənmi?

- Çətin oyun olacaq. Çünki “İnter” bu dəfə bizə qarşı daha yaxşı hazırlaşacaq. Üstəlik, oyun süni örtüklü meydanda keçiriləcək. Bu da bizim üçün əlavə çətinlik yaradacaq. Asan olmasa da, həmin matçdan da qalib ayrılacağımızı düşünürəm.
 
- “Qarabağ”la cari mövsüm çempion olsan, bu karyeranda ilk çempionluq olacaq. Əzmkarlığınızı buna bağlamaq olarmı?

- İndiyə qədər iki dəfə kubok qazanmışam. Amma çempionluq sevinci yaşamamışam. Bu hissi yaşamağı çox istəyirəm.
 
- “Qarabağ”ı İspaniyanın hansı klubuna bənzədirsiniz?

- Topla çox oynamaq istəyinə görə “Barselona”, “Las Palmas”, “Rayo Valekano”ya bənzətmək olar. Amma keyfiyyətə gəldikdə, aradakı fərq çox böyükdür. Həm də fərqli çempionatlar olduğuna görə müqayisə aparmaq da düzgün deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail