Robert Prosineçki: "Oyundan tam razı qalmadım" - MÜSAHİBƏ

24.04.2016 | 3897 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XXXI turunun qolsuz bitən "Neftçi" - "Zirə" oyununu stadiondan millimizin baş məşqçisi Robert Prosineçki də izlədi. Stadium.Az xəbər verir ki, Prosineçki oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Qolsuz başa çatan oyunla bağlı fikrinizi bilmək maraqlı olardı...

- Oyundan tam razı qalmadım. 90 dəqiqə ərzində qapılara qol vurulmadı. Belədə necə razı qala bilərdim? “Zirə”nin 1 xal üçün meydana çıxdığı hiss olunurdu. Onlar öz güclərindən tam istifadə etmədilər.

- Hesabdan, yoxsa ümumiyyətlə oyundan narazı qaldınız?

- Təbii ki, oyunçulardan da narazı qaldım. 90 dəqiqə ərzində qapıya təhlükəli zərbənin şahidi olmadıq.

- Ruslan Qurbanov son günlər çox tənqid edilir. Onun çıxışı haqda nə düşünürsüz? Sizi qane edirmi?

- Tək Ruslandan yox, bütün komandanın çıxışından narazı qalmışam. Ona görə Ruslanı xüsusi seçmək istəməzdim. Potensiallarını nəzərə alsaq, heç bir komanda tam gücündən istifadə etmədi. Gələn həftə ölkə kubokunun yarımfinal oyunları var. Baxaq, görək necə olur?! “Qəbələ”nin oyununu da izlədim. Onlar 1:0 hesabı ilə qələbə qazandılar. Amma “Xəzər Lənkəran”a qarşı oynadıqlarını da unutmayaq. Onlar da tam bacarıqlarından istifadə etmədilər. Mən daha artığını gözləyirdim.

- Bəs zəif oyunuun səbəbini nədə görürsüz? Bəlkə mövsümün sonuna yaxınlaşırıq, ondan irəli gəlir?

- Həftədə bir rəsmi oyun keçirən futbolçunun yorğun olmasından danışmaq olmaz. Nə olsun ki, mövsümün sonudu? Avropanın digər ölkələrinin çempionatlarına da baxın. Onlar həftədə 2-3 oyun keçirirlər. Bəs bizimkilər nədən yorğun olsunlar? Bu haqda danışmaq düzgün deyil.

- Avstriya toplanışında yeni futbolçular görə biləcəyikmi?

- Bilmirəm, baxarıq.

- Toplanış çərçivəsində keçiriləcək oyunlardakı rəqiblərdən ikisi məlumdu. Üçüncü komandanın adı nə vaxt açıqlanacaq?

- Hər iki rəqibimiz yaxşı komandadı. İlk oyunumuzu isə mayın 26-da keçirəcəyik. Potensial rəqiblə danışıq aparırıq. Məsələ konkretləşdikdən sonra açıqlama veriləcək.

- Millidə hücumçu problemi var. Rüfət Dadaşov son oyunlarda qol vurur. Onun oyunlarını izləyirsinizmi?

- O, Almaniyanın 5-ci liqasında çıxış edir. Əgər Rüfətə dəvət göndərsəm, gərək Azərbaycan çempionatını dayandıraq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail