“Kəpəz”də olduğum üçün xoşbəxtəm" - MÜSAHİBƏ

27.04.2016 | 4139 dəfə oxunub

“Kəpəz”in litvalı qapıçısı Tadas Simaitisin müsahibəsini tqdim edirik:

- Tadas, əvvəlcə Topaz Premyer Liqanın son turunda  “Sumqayıt”a qalib gəldiyiniz  oyun haqda fikirlərini öyrənək...

- Yaxşı mübarizəli oyun oldu. Hər iki komanda fərqlənmək üçün çoxlu sayda qol imkanı yaratdı. Amma ələ düşən fürsətlərdən biz daha yaxşı istifadə edib rəqib üzərində qələbə qazandıq. Qalib gəlmək bizim üçün çox vacib idi. 3 xala ehtiyacımız vardı. Şadam ki, qarşıya qoyulan tapşırığı komanda yoldaşlarımla birgə yerinə yetirə bildik. İrəliyə baxmaq lazımdır.

- Oyun ərzində bir neçə epizodda komandanı real qoldan xilas etdin. Öz oyunun haqda nə deyə bilərsən?

- Qolkiper çərçivəyə ən yaxın futbolçudur, qapını qorumaq da ən çox onun üzərindədir. Qol buraxmamaq üçün əlimdən gələni etdim, bəzən alındı, bəzən isə yox. Qolkiperin işi çox çətindir, bir oyunda komandanı xilas edib qəhrəman olursan, o biri matçda qol buraxıb antiqəhrəman sayılırsan (gülümsəyir).

- Çempionatın başa çatmasına 5 tur qalıb. Nəyə ümid etmək olar?

- İlk növbədə medal qazanmaq lazımdır. Mövsümü mükafatla başa vurmaq əla olar. Hamımız bunun reallaşması üçün çalışırıq, məqsədimiz eynidir. Hər şeyə mövsümün sonunda aydınlıq gələcək. Avropa Liqasına vəsiqə qazanmağımız da pis nəticə olmayacaq. İndidən rahatlaşmaq olmaz, çətin oyunlar hələ qabaqdadır. Sona kimi mübarizə aparmalıyıq.    

- Qarşıdakı turda rəqibiniz “Rəvan” olacaq. Rəqib autsayder olsa da, iddialı komandalara badalaq vurmaq gücündədir. Sən necə düşünürsən?

- Rəqiblər arasında fərq yoxdur. Premyer Liqada çıxış edən bütün komandalar bir-birilərinə güc gələ bilirlər. “Rəvan”ın turnir cədvəlində sonuncu pillədə olması bizi aldatmamalıdır. Mənim kimi uşaqlar da yaxşı başa düşür ki, çətin oyun olacaq. Hamımız bakılılarla görüşə ciddi yanaşmalı və səylə hazırlaşmalıyıq. Arxayınlaşmaq olmaz. Rəqibin adı, mövqeyi yox, gücü əsasdır. “Qarabağ”a qarşı oyunlara necə hazırlaşmışıqsa, “Rəvan” ilə matça da elə köklənməliyik.

- “Kəpəz” hər dəfə meydana tam heyətlə çıxa bilmir. Kimsə cəza və ya zədəyə görə oyunu buraxmalı olur. Bu, nə dərəcədə oyununuza təsir edir?

- Əlbəttə, bu təsirsiz ötüşmür. Çempionat uzun yarışdır. Hansısa futbolçunun zədə alması və ya cəzalı olması normal haldır. Amma nəzərə almalıyıq ki, bizim ehtiyat oyunçular skamyası elə də geniş deyil. Son iki görüşdə Namiq Ələsgərov bizə kömək edə bilmədi. O, komandamızın aparıcı futbolçusudur. İndi də Kərim Diniyev vərəqə limitinə görə “Rəvan” ilə görüşü buraxacaq.

- Mövsüm başlayandan bütün oyunlarda əsas heyətdə sən meydana çıxmısan, yorğunluq var?

-  Elə də yox. Özümü yaxşı hiss edirəm. Düzdür, hərdən ağrıyan yerlərim olur, amma buna fikir verməməyə çalışıram. Hər oyunda komandama kömək etməyə çalışıram. Bu, nə dərəcədə alınır, bunu baş məşqçimiz və kənardakılar deyə bilər. “Kəpəz”də olduğum üçün xoşbəxtəm, mövsümü yüksək notlarla başa vurmağa çalışacağam (kapazpfc.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail