Qara Qarayev: "Çempionluğu vətənimizin keşiyində duran bütün əsgərlərimizə həsr edirəm" - MÜSAHİBƏ

02.05.2016 | 4134 dəfə oxunub

Ötən gün "Zirə"yə 2 cavabsız qolla qalib gələrək çempionluğunu rəsmiləşdirən ""Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev oyundan sonra jurnalistlərə müsahibə verib: 

- Bu, bizim uğurumuzdur. Evdə divardan asmağa yeni nəsə olacaq. Fikrimcə, bu çempionluğa hər birimiz layiqik. Amma bu oyun tempini və nəticələrimizi saxlamalıyıq.

- Ardıcıl ikinci ildir ki, çempionluğun taleyini səfər matçında həll edirsiniz...
- Düzdür, çempionluğu səfərdə rəsmiləşdirdik. Amma mövsümün son oyununu evdə keçirəcəyik. Elə mükafatımızı da həmin oyundan sonra, doğma azarkeşlər qarşısında alacağıq. Bu, daha vacibdir.

- Çempionluğu necə qeyd edəcəksiniz?
- Rəhbərlik necə qərar versə, elə də olacaq. Böyük mərasim təşkil olunacağını düşünmürəm. Son günlərdə cəbhə xəttində əsgərlərimiz şəhid olur. Ona görə belə bir vəziyyətdə bizim hansısa bayram təşkil etməyimiz düzgün olmaz.

- Bu çempionluğu kimə həsr etmək istərdiniz?
- Çempionluğu vətənimizin keşiyində duran bütün əsgərlərimizə həsr edirəm.

- Yəqin ki, bundan sonrakı hədəfiniz kuboku da qazanaraq "qızıl dubl" etmədkri?
- Yenidən bu uğura imza atmaq istərdik. Çünki belə olan halda ikiqat sevinc olacaq.

- Heç bir turnir əhəmiyyəti daşımayacaq son dörd çempionat matçına çıxmaq çətin olmayacaq?
- Qarşıdakı oyunlar da bizim üçün vacibdir. Qarşıda bizi milli komandanın toplanışı gözləyir. Üstəlik, yeni avrokubok mövsümü öncəsi tonusu qorumaq lazımdır. Arxayınlaşmaq olmaz. Qurban Qurbanov mövsümün sonunadək ciddi olmağımızı tapşırdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail