Roman Qriqorçuk: "İstərdim ki, Allah məni müdafiə etsin" - MÜSAHİBƏ

05.05.2016 | 3150 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan kubokunun yarımfinalında "Neftçi"yə penaltilər seriyasında 3:4 hesabı uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Özünüz özünüzü yıxdınız, yoxsa futbolçular?

- Necə şərh edəcəyimi bilmirəm. Futbolçularıma təşəkkür edirəm. Bu anda qlobal bir şeyləri fikirləşməyə dəyməz. Belə vəziyyətdə daha güclü olmaq lazımdır. Sabahdan etibarən çempionat oyunlarını düşünməliyik.

- Buna rəhbərlik səbir edəcək?

- Bu sualı rəhbərliyə versəz, daha yaxşı olar.

- Çempionatda vacib oyunlarda xal itirdiniz. Əvəzində mətbuat konfransında futbolçulara təşəkkür etdiniz. Bu gün də eyni sözləri təkrarlayırsız. Bəlkə futbolçularla bir az sərt danışasınız?

- Bəzi oyunların təhlilindən sonra onlarla çox sərt danışmışıq. Ancaq bu gün fərqli oyun nümayiş etdirdilər. Onlara dəstək olmalıyam.

- İlk oyundan sonra hakimdən narazılığınızı bildirmişdiniz. Düşünmürsüz ki, mübarizəni dayandırmanızda hakimin rolu da var?

- Hakimlərin işinə hörmətlə yanaşırıq. Düzdür, ilk oyundan sonra narazılığımı bildirmişdim. Ancaq indi bu barədə düşünmürəm.

- "Qəbələ" bu gün nəyin sayəsində mərhələ adlaya bilmədi?

- Çünki hər iki matçda qol imkanlarını boşa verdik.

- Rəşad Eyyubov bu gün bərbad oyun nümayiş etdirdi. Asif Məmmədov qapıçı ilə üz-üzə qalanda, Zetsə ötürmə vermədi ki, bosniyalı ikinci qolu vursun. Samir Zərgərov da penaltini qaçırdı. 3 azərbaycanlı futbolçu... Əsasnamə imkan versəydi və belə bir imkanınız olsaydı, əsas heyəti legionerlərdən qurardınız?

- Gəlin, məsələyə real yanaşaq. Yarışın əsasnaməsinə uyğun davranırıq. Yerli futbolçuları dəstəkləyirəm. Onların yanındayam. Yanaşmam ondan ibarətdir ki, oyuna hazır olan futbolçular çıxır. Yalnız məcburiyyətdə hansısa addımı ata bilərik.

- Ümumiyyətlə, Vitali Vernidub karyerası ərzində penalti vurub?

- O qədər olub ki, penaltilər seriyasında qalib gəlmişəm. Bu dəfə alınmadı. Nə edim, özümü asım, ya futbolçuları?

Penaltilər seriyasında futbolçuların əminliyinə diqqət yetirirəm. Bəzi futbolçular yorğunluqla əlaqədar penaltidən imtina etdi. Vitali Vernidub bu gün yaxşı oynadı. Penaltidən qol vuracağına əmin idi. Amma alınmadı...

- Öz futbolçularınızı müdafiə edirsiz. Bəs, sizi kim müdafiə edir, Allah, yoxsa?

- Allaha inanan adamam. İstərdim ki, Allah məni müdafiə etsin. Futbolçularımı müdafiə etməliyəm. Onları çox istəyirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail