Qurban Qurbanov: "Leroyu qaytarmaq barədə düşünmürük" - MÜSAHİBƏ

05.05.2016 | 3471 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinalında "İnter"ə qalib gələrək finala yüksəldikləri matçdan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Komandamı, futbolçularımı, rəhbərliyi və azarkeşlərimizi final mərhələsinə vəsiqə qazanmağımız münasibətiylə təbrik edirəm. Ən azı məqsədimiz finala vəsiqə qazanmaq idi. Stadionun rəhbərliyinə təşəkkür edirəm. Sağ olsunlar, bizə belə bir şərait yaratdılar. Qarşıda çempionat oyunlarımız var. Həmin matçlara hazırlaşmalıyıq.

- Növbəti oyunlarda “Əlincə”nin stadionundan yararlanacaqsınızmı?

-Qeyd etdiyim kimi, stadiondan razı qaldım. “Qəbələ” ilə ev oyunumuzu burda oynayacağıq.

- “Göztəpə” Leroy Corcu transferə çıxarıb. Onun transferi barədə düşünürsünüzmü?

- Hələ ki, qarşıda oyunlarımız var. Əvvəlki mətbuat konfransında dediyim kimi, Leroyu qaytarmaq barədə düşünmürük.

- Finalda yenə “Neftçi”ilə qarşılaşacaqsınız...

- Düşünürəm ki, builki “Neftçi” daha istəklidir. Onlar finalda ikiqat istəkli olacaqlar. Bu oyuna ciddi hazırlaşmalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail