Sadıq Sadıqov: "Bizim üçün indi ən önəmlisi Rio olimpiadasıdır" - MÜSAHİBƏ

06.05.2016 | 3637 dəfə oxunub

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqovun Stadium.Az saytına müsahibəsini təqdim edirik:

- Bu gün Bakıda Heydər Əiyevin adını daşıyan cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verildi. Turnir barədə fikirləriniz necədir?

- Bir müddət əvvəl cüdu federasiyasında dəyişiklik olmuşdu. 4 aydır ki, federasiyaya Rövnəq Abdullayev rəhbərlik edir. Onun gəlişindən sonra yeni heyət yığıldı. Milli komanda bir ailə kimi formalaşıb. Bu turnir yeni federasiya rəhbərliyinin təşkilatçılığı ilə keçirilən ilk böyük turnirdir. Özü də Ulu Öndərimizin adı ilə bağlıdır. Bu yarışın məsuliyyətini dərk edirik. Yarışın yüksək səviyyədə keçirilməsi və təşkili üçün əlimizdən gələn hər şeyi etmişik. Həm də nəzərə alınmalıdır ki, bu, bizim ilk belə böyük yarışımızdır.

- Milli komandamız ilk gündə yalnız 1 medal qazandı. Halbuki daha çox medala ümid edilirdi...

- İndi 6 çəkidə olimpiadaya lisenziya qazanmışıq. Bununla belə, bu yarışa bütün çəki dərəcələrində təmsil edilirik. Bu gün Orxan Səfərov və İlqar Müşkiyevə dən çox şey gözləyirdik. Nə isə alınmadı, bu idmandır. İdmanda belə şeylər olur. Kazanda keçirilən Avropa çempionatında Orxan ikinci oldu və İlqar da çox güclü rəqiblərlə üz-üzə gəlmişdi. İndi Bakıda da çox güclü idmançılar mübarizə aparır. Şükürlər olsun ki, bu gün bir medal qazanmışıq. Sabah və birisügün də idmançılarımızdan medallar gözləyirik.

- Hansı idmançılardan medal gözləyirsiz?

- 66 kq çəkidə Nicat Şıxalizadə zədə alıb. İnanın ki, indi döyüşə çıxacaq hər bir idmançımızdan böyük nəticələr gözləyirik.

- Beynəlxalq Cüdo Federasiyasının nümayəndələri “Böyük dəbilqə” turnirinin hazırlığından razıdırlar?

- Hələ ki, ilk gündə ciddi problemlə üzləşməmişik. Düzdür, bəzi texniki qüsurlar oldu. 79 ölkədən idmançıların qatıldığı turnirdir və hazırkı durumu qənaətbəxş hesab etmək olar. Qarşıdakı 2 gündə də əlimizdən gələni edəcəyik ki, razı qalsınlar. Heç olmasa, bizə bi təşəkkür etsinlər.

- Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer sabah Bakıya gələcək. Onun Rövnəq Abdullayevlə görüşü nəzərdə tutulubmu?

- Bəli, belə bir görüş olacaq. Planda digər görüşlər də var. Bundan başqa, Vizer yarışların gedişatını da yaxından izləyəcək.

- Uzun illər futbolda çalışdınız, bu gün isə cüdodasız. Hansı daha çətindir?

- Dünən bu sualı özüm özümə də verdim. Əvvəl düşünürdüm ki, cüdo asan olar. Çünki biz vaxtı ilə Avroliqanın qrupunda çıxış etmişik. Amma cüdoda qaydalar tam fərqlidi. Bu iş daha məsuliyyətlidir. Cüdoda hər işin öz standartı var. Qaydalardan 1 addım belə, kənara çıxmaq olmaz.

- Sizin gəlişinizdən sonra Cüdoda kifayət qədər irəliləyiş var. Rövnəq Müəllimin Cüdoya qayğısı açıq şəkildə görünür. Bəs qadınlarda da uğur qazanmaq üçün planlar varmı?

- Bu istiqamətdə də işlər görülür. Əlimizdən gələni edəcəyik ki, qadınlar da uğur qazana bilsinlər. Hazırda gənc olan xeyli sayda perespektivli idmançılarımız var.

Amma mən deməzdim ki, Cüdoda hər şey öz qaydasındadır. Biz 5 aydır burdayıq və şəraitin yaxşılaşdırılması, maddi-texniki bazanın yüksək səviyyəyə gətirilməsi üçün işlər görürük. Bizim üçün indi ən önəmlisi Rio olimpiadasıdır. Bundan sonra isə işlərimizi öz konsepsiyamıza uyğun şəkildə davam etdirəcəyik. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail