Çingiz Abdullayev: "Neftçi” ancaq çempionluq üçün mübarizə aparmalıdır" - MÜSAHİBƏ

07.05.2016 | 3563 dəfə oxunub

"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Premyer Liqanın 33-cü turunun "Neftçi" - AZAL (3:1) oyunundan sonra Stadium.Az saytına müsahibə verib:

- Oyun yaxşı alındı. Mən internetdə oxumuşam, jurnalistlər yazıb ki, “Neftçi” kubokda “Qəbələ”ni necə keçib? İnfi gördüz uşaqlar necə oynadı, necə keçiblər? İndi gedirəm futbolçuları təbrik etməyə. Çox sağolsunlar, pis oynamadılar.

- Siz razısız ki, komanda oyundan-oyuna artırır?

- Bax bunu siz dediz, mən yox. Biz də istəyirik ki, bu komandanı yavaş-yavaş düzəldək. Biz bilmirik hələ mövsümün sonunda hansı nəticələr olacaq. İnanırıq ki, bu komandayla yavaş-yavaş irəli gedəcəyik. Bizim məqsədimiz Avrokuboklara getmək yox, layiqli komanda yaratmaqdır. 2-ci, 3-cü yerlər “Neftçi” üçün deyil. “Neftçi”nin elə ənənəsi var ki, daim çempionuq üçün oynayır.

- Baş məşqçi axtarışları davam edir, yoxsa Vəli Qasımovla davam edəcəksiz?

- Hələ ki, biz heç nə barədə düşünmürük. İndi bizim çempionatda 3, kubokda isə 1 vacib oyunumuz var. Ona görə də, hələlik biz heç nə demək istəmirik.

- Komandanız kubokun finalına vəsiqə qazansa da, “Neftçi”ninin çempionatda 7-ci yerdə olması reallıqdır. Siz kubokun finalını əlinizdə əsas tutaraq komandadan razı qalırsız?

- Bit trəfdən, bütün dünyada elə bir hal yoxdur ki, komanda finala çıxsın və bu, böyük uğur hesab edilməsin. Hər yerdə belədir. Afrikada da, Avropada da, Amerikada da. Hesab edirəm ki, bizdə xeyli çətinliklər oldu. Ötən mövsüm biz final oynayanda komandada 8-9 legioner vardı. İndi isə komandada oynayanların 8-9-u yerli uşaqlardır və çoxdu da cavanlardır. Təbii ki, bu dəyişikliklərə görə udumuşuq, yaxşı çıxış etməmişik. Mən bayaq da dedim, “Neftçi” ancaq çempionluq üçün mübarizə aparmalıdır.

- Bəs bunun ümün hansı addımlar atılacaq?

- Nə lazımdırsa onu da edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail