Qurban Qurbanov: "Qələbə seriyamızı sona qədər davam etdirmək istəyirik" - MÜSAHİBƏ

08.05.2016 | 3377 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XXXIII turunda “Sumqayıt”la qarşılaşmadan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Qələbə seriyamızı sona qədər davam etdirmək istəyirik. Ola bilər ki, oyun istədiyimiz kimi alınmadı. “Sumqayıt” yaxşı futbol sərgilədi, oyuna çox yaxşı hazırlaşdıqları hiss olunurdu. Çox qol vurmaq istəsək də, rəqib buna imkan vermədi. Futbolçularımda çempionluqdan sonra arxayınlıq görmədim. Komandamı qələbə münasibətiylə təbrik edirəm. Çalışacağıq ki, bu ritmi sona qədər qoruyub saxlayaq”.

“Qarabağ” növbəti mövsümdən sırf iki hücumçu ilə futbol oynaya bilərmi?

- Bu gün “Atletiko” da iki hücumçu ilə oynayır. Amma oyununu müdafiədən qurur. Düşünürəm ki, buna ehtiyac yoxdu. Amma ola bilər ki, hər hansı oyunda 2 hücumçu ilə meydana çıxaq. Bəzən rəqibin müdafiə xəttində 4 futbolçu olur.

Kubokun finalının hansı stadionda keçirilməsinə razısınız?

- Kubok fərqli turnirdir. “Neftçi” yaxşı rəqibdir. Onların finalda olması bizim üçün siqnaldı. Bizə vacib olan meydançanın yaxşı vəziyyətdə olmasıdı. PFL hansı qərar qəbul etsə, hörmətlə yanaşacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail