Təbriz Həsənov: "Mən onlara saytları oxumamağı tapşırıram" - MÜSAHİBƏ

08.05.2016 | 4469 dəfə oxunub

Azərbaycan U-17 millisinin baş məşqçisi Təbriz Həsənov seçmə komandamızın Avropa çempionatının final mərhələsinin A qrupunun ikinci oyununda Belçikalı həmyaşıdları ilə oyndan sonra jurnalistlərə müsahibə verib:

- Əvvəlcə futbolçularıma təşəkkür edirəm. Qalib gəlməməyimizə baxmayaraq, bu heç-heçəni qələbəyə bərabər hesab edirəm. İlk oyundakı 0:5 hesablı məğlubiyyətə baxmayaraq, futbolçular toparlana bildilər. Buna görə onlara təşəkkür edirəm.

- Oyunçuların bu matça motivasiya etmək çətin olmadı ki?

- Mən saytları oxumuram. Ancaq futbolçular oxuyur. Mənə deyirlər ki, "müəllim mənim barəmdə belə yazırlar". Onlara təsir edir. Mən onlara saytları oxumamağı tapşırıram. Bu cəhətdən futbolçuları motivasiya etmək çətin oldu. Ancaq tənqidə normal baxıram.

- Milli bu gün sərgilədiyi əzmkarlığı Portuqaliya ilə oyunda sərgiləyə bilməzdi?

- Futbolçularda ilk oyunda gərginlik var idi. Bəlkə də, prezidentin stadionda olması futbolçulara təsir etmişdi. Ola bilər, Portuqaliya ilə oyunda daha kiçik hesabla uduza bilərdik.

- Millimizin qrupdan çıxmaq şanslarını necə dəyərləndirisiz?

- Qrupdan çıxmaq şansımız var. Portuqaliya Belçikanı böyük hesabla məğlub etsə, biz də Şotlandiyanı udsaq, qrupdan çıxa bilərik. Sona qədər mübarizə aparacağıq.

- Komandanın kapitanı səhvlərə yol verirdi. Kapitanlıq sarğısını başqasına vermək olmaz?

- Nəzərə alın ki, onlar peşəkar futbolçular deyillər. 17 yaşlı futbolçunun səhv etməsi normaldı.

- Hakimin idarəçiliyindən razı qaldız?

- Hakimin idarəçiliyindən razı qalmadım. Bizim əleyhimizə qərarlar verdi.

- Bu gün millimizin qapıçısı ağır zədə aldı. Yeni oyunçular sifariş edilə bilər?

- Qapıçnın zədəsi bəlli olduqdan sonra bu məsələyə baxacağıq. Bəlkə də, yeni oyunçu sifarişi üçün müraciət etdik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail