Elnur Məmmədli: “Ayaq olsa, daha yaxşı olardı” - MÜSAHİBƏ

09.05.2016 | 15607 dəfə oxunub

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlinin Stadium.Az saytına müsahibəsni təqdim edirik:

- Artıq Bakıda keçirilən “Böyük Dəbilqə” cüdo yarışları başa çatdı. Millimiz turniri ancaq iki bürünc medalla başa vura bildi. Fikirləriniz...

- Turnir çox yüksək səviyyədə keçirildi. Təşkilatçılıq da çox qəşəng idi. Bu, idmandı, idmanda uğur da var, uğursuzluq da. Əsas odur ki, komandamızın üzvlərindən heç kim zədə almadı. Bizim idmançılarımız bir müddət əvvəl başa çatan Kazanda keçirilən Avropa çempionatında komanda hesabında üçüncü olmuşdu. O yarışdan sonra burda uğurlu çıxış etmək çətin idi. Bakıdakı çempionat isə çox gözəl keçdi. Qonaqlarımız da hər biri yarışdan və təşkilatçılıqdan razı qaldı.

- Təbii ki, bütün yarışlarda istərsiz uğur olsun. Bu yarışda daha böyük uğurların olmamasının səbəbi nə idi?

- Səbəb təbii ki, var idi və bunu ən yaxşı baş məşqçi bilə bilər. Məncə bir həftə əvvəl başa çatan Avropa çempionatındakı yorğunluq burda öz sözünü dedi. Bizim əsas fikrimiz Rio olimpiya oyunlarıdır. Bu yarışda lisenziya xalları da qazandıq. Bu günlə yaşamamalıyıq. Əsas hədəfimiz Rio olimpiyadasıdır.

- Meksikada keçiriləcək çempionata da cüdo millimiz güclü heyətlə gedəcək?

- Bunu da ən yaxşı baş məşqçimiz bilər. Qarşıdakı günlərdə yəqin ki, baş məşqçi buna qərar verəcək.

- Artıq Rio olimpiyadasına 6 çəkidə vəsiqə təmin edilib. Bu 6 çəkidə daha çox kimə ümidiniz böyükdür?

- Mənim hər 6 idmançıya ümidim böyükdür. Onlar zəif idmançılar olsaydılar ora vəsiqə qazana bilməzdilər. İnanıram ki, hər biri özünə görə bözəl nəticə qazanacaqlar.

- Sizin çıxış etdiyiniz 73-kq çəki dərəcəsində indi Rüstəm Orucov güləşir. Onu Olimpiya çempionu kimi görürsüz?

- Niyə də olmasın?! Rüstəmin çox böyük potensialı var. Güclü idmançıdır.

- Cüdoda əvvəl ayaqa “girmək” var idi. İndi isə bu fənd ləğv edilib. Bir olimpiya çempionu kimi düşünmürsüz ki, bu qərar cüdonu daha da sadələşdirib və maraqsız edib?

- Mənim üçün ayaq olanda daha yaxşı idi. Mən olimpiya çempionu olanda bu fənd var idi. Amma ləğv ediləndən sonra mən bir dəfə Avropa çempionu, iki dəfə də master çempionatda qalib olmuşam. Ancaq bu fənd yaxşı idi, cüdonu daha maraqlı edirdi. Ayaq olsa,  daha yaxşı olardı .



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail