"Azərbaycanda cüdonun təməli çox zəifdi" - Sadıq Sadıqov

09.05.2016 | 3273 dəfə oxunub

Bakıda – Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil edən cüdo üzrə “Böyük Dəbilqə” turnirinə ötən gün yekun vuruldu. Stadium.Az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidenti Sadıq Sadıqov turnirlə bağlı fikirlərini Stadium.Az saytıyla bölüşüb:

"Bizim üçün medal önəmlidi. Qorxurduq ki, idmançılarımızdan hansısa zədələnər. Rüstəmin epizodunu gördünüz, yaxşı ki, tez təslim oldu. Qolunda qırıq da ola bilərdi. Olimpiyadaya ümidlərimizdən biri odu. Ən önəmli olimpiyadadı. 5 ay ərzində əlimizdən gələni etmişik ölkələrin çoxusu ikinci, üçüncü heyəti gətirmişdi. Bizim də belə fikimiz var idi. Çünki biz də Kazandan yorğun gəlmişdik. Yarışdan cəmi 17 gün keçmişdi.

İdmançılarımızdan hansısa zədələnəndə onu əvəz edən iddialı biri olmalıdı. Digər dövlətlər bizə heyran qaldı. Həm təşkilatçılıqdan, həm də çıxışdan. Kazandakı Avropa çempionatını kölgədə qoyduq. Əsas nəticədi. İki nəticə oldu, buna da şükür. Əsas məqsəd olimpiyadadı. İdmançılarımızın lisenziya xalına ehtiyacı yoxdu, çünki onu artıq qazanmışıq. Yarışın keyfiyyətli keçirilməsində "Neftçi İdman Klubunun" da payı var. Birinci gün biraz texniki qüsurlar oldu, səsləndirmə ilə bağlı belə şeylər olur. Onu da tez zamanda aradan qaldırdıq. İki gündə hər şey super oldu. Biz göstərişi yerinə yetirdik. Heç bir yarışla da bəhsə girmirik. Öz vəzifəmizi yerinə yetirdik. Bizim çalışmağımızın əsas məqsədi Azərbaycanı dünyada idman ölkəsi kimi tanıtmaqdı. Avropa oyunlarından sonra Azərbaycanda yarışlar xüsusi keçirilməlidi. Gələcəkdə dünya çempionatını da keçirmək istəyirik. Həm zalın tərtibatı, aeroportda qarşılanma, xadiməçilər, təhlükəsizlik belə hər şeydən razı saldı qonaqları.

Bilirsiniz ki, səmimi insanam. Hər bir məqçinin öz proqramı var. 1-2 günə görə heç nə tələb edə bilmərik. 10 minə yaxın yeniyetmə cüdo ilə məşğul olur. Bu futbol deyil, cüdodu. Məni titrətmə tutdu açığı. Yəni cüdoya maraq böyükdü. Biz tam olaraq sıfırdan başlamalıyıq. Ağır yarışlar olur. Zədəli olmasına baxmayaraq iş gedir, yerimizdə saymayacayıq, işləyəcəyik.

İnfrasturktur və s. işlərlə bağlı Federasiyanın öhdəlikləri var. Olimpiyadaya qədər məcburuq bunu həll edək. Yeni plan qurulmalıdı ki, nəisə uğur qazanaq.  Bölgələrdə cüdo yoxdu. Naxçıvan idmançıları deyir biz 10 ildi bilmirik cüdo nədi. Fiziki güclü uşaqlar var, onlarda da infrastruktur yoxdu. Cüdoda fiziki güc çox önəmlidir. Belə cavanlar məsələn, Cənub və Şimal bölgəsindən, eləcə də Naxçıvandan çox çıxır. Amma bu yerlərdə cüdo bazaları yoxdu. Bu problemləri aradan qaldırmalıyıq. Azərbaycanda cüdonun təməli çox zəifdi, cüdo laxlayır. Biz ona çalışmalıyıq. Güləşə baxaq...  Bütün regionlarda güləş inkişaf etdi, artıq legioner də yoxdu. Cüdoda da əsas məqsəd budu, bölgələr üzrə yaymaqdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail