Qriqorçukdan qəbələli azarkeşlərə: "Bu, satqınçılıqdı"

11.05.2016 | 3302 dəfə oxunub

"Qəbələ" Azərbaycan Premyer Liqasının 34-cü turunun oyununda Bakıda "Qarabağ"a 2 cavabsız qolla məğlub oldu. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Roman Qirqorçuk jurnalistlərin suallarını cavabllandıbı: 

- Rəqibi qələbə münasibəti ilə təbrik edirik. Layiqli qələbə qazandılar. Turnir cədvəli də bunun əyani sübutudu.

- "Qarabağ"ın motivasiya olmadığı bir görüşdə, "Qəbələ"nin həvəssiz görünməsinin səbəbi nə idi?
- Oyunun əvvəli planımıza uyğun gedirdi. Amma buraxılan qollar işimizi çətinə saldı. Fasilədən sonra isə komandamızda aqressivlik çatışmırdı.

- Azarkeşlərin mövsümün əvvəlində qəhrəman kimi qarşıladığı Qriqorçuk indi istefaya səslənir. Özünüzü necə hiss edirsiniz?
- Çox rahatam. Bu, onların qərarıdı. Bu, onların səviyyəsinin göstəricisidi. Deyə bilərdim ki, bu, satqınçılıqdı. Açığı, bu cür hərəkətlərinə görə dilxoram. Ancaq bu, onların hüququdu.

- Cavid Hüseynovun komandadan ayrı düşməsindən sonra "Qəbələ"də lider yoxdu. Nə kimi dəyişikliklər etməyi düşünürsünüz?
- Cavidi çox sevirəm. Onun yoxluğu hiss olunur. O ki qaldı komandanın liderinə, hesab edirəm ki, komandanın bir lideri ola bilməz.

- İstefanızı tələb edən azarkeşləri satqın adlandırdınız. Necə düşünürsünüz, bu, bütün fanatların fikridi, yoxsa bir qrup azarkeşin?
- Bilirsiz, azarkeşlərlə münasibətimin ilk gündən yaxşı olduğunu deyə bilmərəm. Axı, yeni gəldiyim dövrdə ilk oyunlarda uduzurduq. Onda da istefamı tələb edirdilər. Ancaq sonra uğur qazandıqda münasibətləri dəyişdi. İndi həmin qrup insan yenidən istefamı istəyir. Sabah vəziyyətimiz əla olsa, istəmərəm ki, onlarla isti münasibətimiz olsun.

- Satqın adlandırdığınız "Qəbələ" azarkeşlərinin yaşadığı Qəbələyə qayıtmaqdan çəkinmirsiniz?
- Mən özümə qarşı satqınlıq hiss etdiyimi bildirmişəm. Alnıaçığam. Heç kimdən çəkinmirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail