Rəşad Sadıqov: "Hələ bu haqda tam qərar verməmişəm" - MÜSAHİBƏ

21.05.2016 | 5286 dəfə oxunub

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov AZAL-la mövsümün son oyunundan sonra jurnalistlərə müsahibə verib:


- Ardıcıl üçüncü dəfə çempion oldunuz. Əvvəlki iki ildən fərqli olaraq bu il hansı hissləri keçirirsən ?

- Çox şükürlər olsun ki, çempion olduq. Çempionluğu daha əvvəldən  təmin etmişdik. Bu gün də çalışdıq ki, yaxşı oyun göstərək. Qarşıda bizi “Neftçi” ilə kubokun çətin final oyunu gözləyir. Çalışırıq ki, futbolçularımız formada qalsın. Çox sevindiricidir ki, bir daha Azərbaycan çempionu olduq.

- Ardıcıl iki mövsümdür Avroliqanın qrup mərhələsinə vəsiqə qazandınız. Bu mövsüm üçün Avrokuboklarda hədəf nədir?

- Avrokuboklar elə bir turnirdir ki, öncədən heç nə demək olmur. Ola bilər ki, qrup mərhələsinə adlayarsan, ola da bilər ki, ilk təsnifat oyununda məğlub olarsan. Çempionlar Liqasında çox ciddi rəqiblər var. Bizi qarşıda çətin oyunlar gözləyir. Fikrimcə, bizim üçün ən ağır oyun birinci mərhələdə olacaq.

- Uğurlarının çoxunu karyeranın sonuna yaxın əldə etdin. Avroliqanın qrup mərhələsi, Azərbaycan çempionluqları. Karyeranın son vaxtlarını qızıl dövr adlandırmaq olarmı?

- Olar.  Karyeramın son dönəmində belə uğurlar qazanmağım mənim üçün də gözlənilməz oldu. Bu qədər uğurlar olacağını gözləmirdim.

- Məşqçi kurslarında iştirak etdin. Karyeranı bitirdikdən sonra məşqçi kimi “Qarabağ”da fəaliyyət göstərmək istəyirsən?

- Ola bilər məşqçi kimi, ola bilər menecer, ola bilər futboldan kənar fəaliyyət göstərim. Hələ bu haqda tam qərar verməmişəm. Karyeramın sonunu səmərəli istifadə etmək istəyirəm.

- Rəşad Sadıqovu futbolsuz təsəvvür edə bilmirik. Bəs sən necə düşünürsən?

- Hər dəfə bu məsələni düşünəndə qərarsız qalıram. Məhəllədə futbol oynayacam və yaxud dostlarımla yığışıb oynayacam. Mənim üçün çox çətin olacaq. Futboldan getməyi düşünmək belə istəmirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail