Zaur Yusifov: "Azərbaycanın müstəqilliyi gənc nəslə ən böyük töfhədir" - MÜSAHİBƏ

31.05.2016 | 19238 dəfə oxunub

Bu gün idman həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Azərbaycanda hər sahədə olduğu kimi idman sahəsində də son zamanlar böyük inkişaf baş verib. Ölkəmizdə idmana dövlət tərərəfindən xüsusi diqqət və qayğı göstərilir. Bu qayğının nəticəsidir ki, artıq respublikamız inkişaf etmiş, formalaşmış bir idman ölkəsi kimi tanınıb. İstər Olimpiya, istərsə də qeyri-Olimpiya idman növlərində idmançılarımız layiqincə çıxış edərək, bayrağımızı dalğalandırıb, himnimizi səsləndirirlər. Respublikamızda inkişaf etmiş idman növlərindən biri də, kikboksinqdir. Bu idman növü üzrə hər il ölkəmizə idmançılar tərəfindən yüksək əyarlı medallar gətirilir. Paytaxtla bərabər, regionlarımızda da, bu idman növünün inkişafı günü-gündən yüksəlir. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Millət Vəkili Adil Əliyevin diqqət və qaygısı nəticəsində ölkəmizdə bu idman növünə olan maraq dahada artıb. Yeniyetmə və gənclərimiz böyük zövqlə kikboksinqlə məşgul olur və beynləxalq arenalarda Azərbaycanı layiqincə təmsil edirlər. Ugur qazanan belə idmançılarımızdan biri də, dünya çempionu, bir sıra beynəlxalq yarışların qalibi, Əməkdar İdman Ustası Zaur Yusifovdur. İdmançımızla daha ətraflı məlumat almaq üçün onunla görüşdük. İş yerində bizi qəbul edən Zaur müəllim, ona ünvanladığımız sualları səmimi cavablandırdı.

-  Zaur müəllim, istərdik ki, özünüz haqqında oxucularımıza məlumat verəsiniz.

- 1983-cü il dekabrın 7-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dəmirçi kəndində anadan olmuşam. 1989-cu ildə ailəmizlə birlikdə Bakıya köçmüşük. Uşaq vaxtlarından idmana böyük həvəsim olub. Əvvəllər karate ilə məşğul olmuşam. Bildiyimiz kimi, həmin dövrlərdə karate yeni-yeni yaranmağa başlayırdı. Bu idman novünə olan maraq çox idi. Məndə bir müddət karate ilə məşğul olmağa başladım. Daha sonra kikboksinq idman növünə yazıldım. Həmin dövrdən başlayaraq, kikboksinqlə məşğul olmağa başladım.

Vüsal Hacı'nın fotoğrafı.

- Döyüş növünə olan maraq sizdə necə yarandı?

- Məşhur aktyor Jan Klod Vandamın bizim dönəmimizdə döyüş kionaları göstərilirdi. Bizdə sevə-sevə Vandamın kinoların seyr edirdik. Filmdə göstərilən döyüş səhnələri həmişə mənim diqqətimi çəkirdi. Məndə Vandam kimi idmançı olmaq istəyirdim (gülür). Özümü ona oxşadırdım. Döyüş filmlərinə olan marağım məni kikboksinqlə məşğul olmağa vadar etdi. 15 yaşından kikboksinqlə məşğul oluram.

- Kikboksinqi digər idman növlərindən fərqləndirən əsas cəhətlər sizin fikrinizcə hansılardır?

- Bildiyimiz kimi, kikboksinq idman növündə həm əl, həm də ayaq zərbələrindən istifadə olunur. Kikboksinq həmdə döyüş idman növlərindən biridir. Döyüşkən ruhda böyüyən gənc nəsillər üçün bu ən gözəl idman növlərindən biridir. Kikboksinq insana güclü olmağı, səbrli olmağı, əzmkar olmağı öyrədir. Deyərdim ki, bu idman növünü seçən heç vaxt məyus olmaz. Mənə yenidən hansı idman növü ilə məşğul olmaq imkanı verilsəydi, fikirləşmədən kikboksinqi seçərdim.


- Bu idman növü sizə nə qazandırıb?

- Hər şeydən əvvəl kikbosinq mənə güclü olmağı, daima mübarizə aparmağı, heç bir zaman məğlub olmamağı qazandırdı. Bundan başqa, dostlarım yanında hörməti, diqqəti, qayğını bəxş etdi. Yarışlarda qalib gəldikcə, ətrafdakılar tərəfindən özümə qarşı daha çox sevgi hiss etdim. İşimdə uğur qazanmağıma hər zaman mənə kömək olub.

- Qeyd etdiniz ki, uğur qazanmışam. Umumiyyətlə nailiyyət qazanmaq üçün insana ilk növbədə nə lazımdır?

- Nailiyyət qazanmaq üçün ilk növbədə səbrli və iradəli olmalısan. İnsanlar var ki, hər şeyə bir anda sahib çıxmaq istəyi ilə düşünüb, yaşayır. Bu tamamilə yalnış bir fikirdir. Bir uğura əgər imza atmaq istəyirsənsə, mütləq əziyyət çəkməlisən. Uğur qazanmaq idmançıdan yüksək peşəkarlıq tələb edir. Yarışlarda çıxış etmək üçün gözəl texnikaya malik olmalı, bütün zərbələri yaxşı bilməlisən. Buna görədə daim öz üzrənidə çalışmalısan. Nailiyyət qazanmaq üçün özünə bir yol seçib və bu yolda inamla addımlamalısan.

Vüsal Hacı'nın fotoğrafı.

- Hansı böyük uğurlara imza atmısınız?

2000-ci ildə keçirilən ölkə çempionatında finala qədər yüksəldim. Lakin finalda məğlub olaraq gümüş medalla kifayətləndim. Bir il sonra Respublika çempionatında qalib gələrək qızıl medala layiq görüldüm. Həmin dövrlərdə bir neçə yarışların qalibi oldum. Bundan başqa 2005-ci ildə Avraziya yarışmasında fəxri kürsünün ən yüksək pilləsində qərarlaşdım. Bu uğurlara baxmayaraq, bir müddət idmanla məşğul olmadım. 2013-cü ildə Dövlət Müəssisəsində işə qəbul olundum. Bundan sonra yenidən məndə idmana həvəs yarandı. Yenidən bayrağımızı qaldırıb, himnimizi səsləndirmək qərarına gəldim. 2014-cü ildə daha böyük uğura imza atdım. Belə ki, İtaliyanın Karrara şəhərində keçirilən dünya çempionatında bütün rəqiblərimə qalib gələrək, qızıl medala sahib çıxdım. Bu qələbəni illərdir çəkdiyim əziyyətin bəhrəsi kimi qiymətləndirirəm.

- Adətən kikboksinqçilərin çoxusu özlərinə ləqəb götürürlər. Sizin hər hansı bir ləqəbiniz varmı?

- Xeyr. Mənim idmanda ləqəbim yoxdur. Ləqəb götürən idmançılarada pis baxmıram. Hamı məni Zaur Yusifov kimi tanıyır. Bildiyimiz kimi, bütün müsəlmanlar kimi məndə Həcc ziyarətində olmuşam. Sadəcə dostlar arasında Həci deyə çağırılıram.

- Bildiyimizə görə, «Caspian» idman kulubunun prezidentisiniz. İdmançı olmaq sizin üçün rahatdır, yoxsa çoxlu sayda idmançını özündə birləşdirən idman ocağına rəhbərlik etmək?

- İnsanların mənəvi və fiziki sağlamlığında mühüm rol oynayan idmanın geniş miqyasda yayılması, kütləviləşməsi və daha da inkişafı uşaq və yeniyetmələrin idmana fəal surətdə cəlb olunmasından daha çox asılıdır. İdman insanın fiziki və mənəvi cəhətdən inkişafında mühüm rol oynayır. İdmanla məşğul olan insan sağlam olmaqla yanaşı, həm də sağlam düşüncəyə malik olur. Bu gün ölkəmizdə fəaliyyət göstərən idman kulublarımıza müraciət edən uşaq, yeniyetmə və gəncələrimizin sayı da durmadan artır. Rəhbəri oldugum kulubda da, çoxlu sayda insanlar bu idman növünün sirlərinə yiyələnirlər. Bizdə çalışdığımız qədər öz bildiklərimizi bizdən sonra gələn nəsilə ötürürük. Bəli, idmançı olmaq çox rahatdır. Çünki, sən yalnız öz üzərinə düşən işin öhdəsindən gəlməyə çalışırsan. Kulub rəhbəri olmaq isə çətindir. Burada sənin üzərinə daha çox məsuliyyət düşür. Çalışırsan ki, hər bir idmançıya ayrı-ayrılıqda vaxt ayırasan və onun bütün problemləri ilə yaxından tanış olasan. Mən hər bir zaman öz tələbələrimi diqqətdə saxlayıram. Onların uğur qazanmaları üçün əlimdən gələni əsirgəmirəm.

- Sizin fikrinizcə, idman gənclərimizə nəyi aşılayır?

- İdman gənclərimizə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qorumağa hazır olmaq ruhunu aşılayır. Erməni təcavüzkarlarının respublikamıza qarşı apardığı elan olunmamış müharibə göstərir ki, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi bu gün daha önəmlidir. Sevinirik ki, Azərbaycanda sağlam əhval-ruhiyyə, ictimai-siyasi sabitlik mövcuddur. Ölkəmizin əldə etdiyi ən böyük nailiyyətlərdən biri sağlam, yüksək ideallarla yaşayan, xalqına, vətəninə, torpağına hədsiz sədaqət hissləri ilə çalışan gənclərin yetişdirilməsidir. Azərbaycan gəncliyi doğma torpağına sədaqət nümayiş etdirir. O, heç vaxt unutmur ki, vətəninə, xalqına, dövlətinə sədaqətli olmalı, cəmiyyətdə özünə layiq yer tapmalıdır. Azərbaycanın müstəqilliyi gənc nəslə ən böyük töfhədir. İnsan öz evini, övladlarını, ata-anasını, adi bir əşyasını qoruduğu kimi, hər bir azərbaycanlı gənc də doğma torpağını göz bəbəyi kimi qorumalıdır.

Vüsal Hacı'nın fotoğrafı.

- Tələbələrinizin çıxışı sizi qane edirmi?

- Yetirmələrim daima öz üzərilərində böyük həvəslə çalışırlar. Təlim-məşq toplanışlarında tələbələrimə hər zaman diqqətli olmağı, rinqdə hər bir idmançıya zəif gözlə baxmamağı tövsiyə edirəm. Elə idmançı var ki, məşqlərdə istədiyim nəticəni verir, lakin yarış vaxtı ondan gözlədiyim nəticəni ala bilmirəm. Çünki bəzi idmançılar var ki, rəqibini özündən aşağı səviyyədə tutur və gözləmədiyi anda rəqibindən zərbələr alaraq məğlub olur. Hər bir zaman vurğulayıram ki, bütün rəqiblərinizi güclü sayın, onun zəif nöqtələrini tapın və güclü zərbələr endirin. Yekunda qələbə sizinlə olacaq. Bəli, bu gün yetirmələrim dünya və Avropa çempionatlarında birinci yer tutaraq bizləri sevindirirlər. Belə ki, Nicat Vəliyev aprelin 2-də Almaniyada 70 kq çəki dərəcəsində Avropa çempionu tituluna yiyələndi. Klubumuzun digər üzvü Nicat Nəcəfzadə isə aprelin 9-da Bazel şəhərində gənclər arasında keçirilən K-1 versiyası üzrə dünya çempionatında qızıl medala layiq görüldü. Nəticə verən idmançılarımız çoxdur. Ölkə çempionatında fərqlənən yetirmələrimizdə oldu. Bundan başqa bu ildən etibarən 7 qat Azərbaycan çempionu, dünya Kubokunun sahibi Samir Kazımovda yarışlarda ölkəmizin şərəfini qoruyacaq.

- Kikboksinqçilərimiz nədənsə daha çox həvəskar yarışlarda çıxış etməyə meyl göstərirlər. Bu idman növünün peşəkar versiyalarında çıxış edən həmvətənlərimizin sayı olduqca azdır. Mütəxəssis kimi, bunun səbəbini nədə görürsünüz?

- Bəli. Peşəkar kikboksinqin inkişafı ötən illərdə zəif idi. Lakin federasiyanın prezidenti Adil Əliyev kikboksinqin peşakar versiyalarının ölkəmizdə inkişafı üçün əlindən gələni əsirgəmir. Ötən ildən başlayaraq federasiya tərəfindən bu istiqamətdə ciddi işlər görülür. Bu gün demək olar ki, görülən işlər öz bəhrəsini verməkdədir. Naxçıvan Muxtar Respublikasında peşəkarlar arasında Azərbaycan Kəməri uğrunda ölkə çempionatı keçirildi. Bu yarışda iştirak etməsəmdə, yaxından izlədim. Bundan başqa, Sumqayıtda peşakarlar arasında Azərbaycan kəməri uğrunda yarışlar təşkil olundu. Həmin yarışda federasiyanın prezidenti Adil Əliyev tərəfindən kikboksinqin ölkəmizdə inkişafına verdiyim töfhəyə görə Fəxri Diplomla mükafatlandırıldım. Buna görə, Adil müəllimə öz minnətdarlığımı bildirirəm. Mən inanıram ki, bu cür yarışların ölkəmizdə təşkil olunması, gələcəkdə idmançılarımızın peşəkar arenalarda çıxışına köməklik yaradacaq.

- Gələcəkdə hansı işləri görməyi planlaşdırırsınız?

- Qarşıda bizi çox güclü yarışlar gözləyir. Var gücümüzlə çalışırıq ki, bu yarışlarda qalib gəlib, bayrağımızı yüksəldib, himnimizi səsləndirək.

 - Müsahibəyə görə çox sağ olun

- Məndə öz növbəmdə sizə dərin təşəkkürümü bildirirəm.

 Zaur Mehtiyev



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail