Vəli Qasımov: "Minimum hədəf bürünc medal qazanmaqdır" - MÜSAHİBƏ

06.06.2016 | 5261 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Vəli Qasımovun müsahibəsini təqdim edirik:

- Müşahidə Şurası sizi baş məşqçi postunda saxlamağa qərar verdi. Siz yeganə namizəd idiniz?

- Bu suala cavab verə bilmərəm. Çünki məni Müşahidə Şurasına artıq haqqımda qərar verdikdən sonra dəvət etdilər.

- Müqavilənin müddəti nə vaxta qədərdir?

- Biz hələ müqavilə imzalamamışıq. Amma ən azı bir il buradayam.

- İdman direktoru postunda da qalırsınız?

- Müvəqqəti. Hələ həmin posta yeni adam tapa bilməyiblər. İki vəzifədə çalışmaq çətindir. Kim gələ bilər? Bu sual artıq mənimlə müzakirə olunmamalıdır.

- İstirahətiniz hələ davam edir?

- İstirahət hələ başlamayıb (gülür). Böyük ehtimalla daha istirahət etməyəcəyəm. Buna vaxt yoxdur. Həlli vacib çoxlu məsələ var.

- "Neftçi" bu transfer pəncərəsində çox sakit görünür. Kimlərin gedəcəyinə, kimləri alacağınıza qərar verməmisiniz?

- Təxmini olaraq kimlərin gedəcəyini bilirəm, amma yekun qərar verməmişəm. Çünki hər şey yeni transferlərdən asılı olacaq.

- Müşahidə Şurası büdcəni də müzakirə edib. Artım var?

- Büdcə ilə bağlı detalları açıqlaya bilmərəm. Amma heyəti gücləndirmək lazımdır. Yaxşı oyunçular almalıyıq. Gənclərin çoxluğu yaxşıdır. Amma təcrübəli futbolçular olmasa, nəticə qazanmaq çətin olacaq. Legioner futbolçularla güclənəcəyik.

- Son dövrlər Vaqif Cavadovla Kamran Ağayevin "Neftçi"yə keçəcəyi barədə xəbərlər dolaşır. Onlarla maraqlanırsınız?

- Biz artıq bu məsələdə gecikirik. Bu həftə yeni transferlərlə bağlı məsələyə aydınlıq gətirməliyik. Amma qeyd etdiyiniz futbolçularla bağlı sizə dəqiq heç nə söyləyə bilmərəm.

- Qarşınıza hansı hədəflər qoyuldu?

- Premyer Liqada mükafatlar uğrunda mübarizə aparacağıq. Minimum hədəf bürünc medal qazanmaqdır. Avropa Liqasına gəlincə, heyəti gücləndirə bilsək, ən azı iki mərhələ keçmək istəyirik. Gənc futbolçularla çox uzağa gedə bilmərik. (Azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail