Adil Şükürov: "Bu komandanı möhkəmlətmək və inamlı olmalıyıq"

08.06.2016 | 4114 dəfə oxunub

"Zirə"nin bş məşqçisi Adil Şükürovun Stadium.Az saytına müsahibəsini təqdim edirik:

- “Zirə” mövsümü ikinci pillədə başa vurdu. Debütantın çıxışını necə qiymətləndirirsiz?

- Biz mövsümün əvvəlində bu barədə heç düşünmürdük də. Ancaq çempionatın gedişində gördük ki, istədiklərimiz alınır və  yaratmaq istədoyimiz komanda öz sözün deyir. Yəni komanda yığa, kollektiv formalaşdıra bildik. Komanda mövsümün sonuna yaxın oyununu da tapdı. Bizim üçün bundan uğurlu mövsüm ola bilməzdi.

- Bəs bu gözlənilməzlik gördüyünüz işlərin fonundan nə qədər təəccüblü oldu?

- Həqiqətən gözləmirdik. Bizim əsas üstünlüyüm onda oldu ki, bizi heç kim ciddi rəqib kimi qiymətləndirmirdi. Etinasız münasibət göstərirdilər. Bundan istifadə edib öz işimizi daha yaxşı görməyə başladıq.  Və düşündüyümüzdən qat-qat artığını aldıq.

- Bu mövsüm isə sizi daha çox ciddiyə alacaqlar və diqqət yetirəcəklər. Bu da yəqin ki, çətin olacaq...

- Biz arxada qalan mövsüm komanda qururduq. İndi isə bu komandanı möhkəmlətmək və inamlı olmalıyıq. Yuxarı qalxmaq asandı, orda qalmaq isə çox çətin. Məsələn, arxada qalan mövsümdə deyirdilər ki, “Zirə”dir də, udarıq”, amma bu mövsüm belə olmayacaq.

- Həm də sizin üzərinizə böyük yük düşür ki, bu uğurun təsadüf olmadığını isbat edəsiz...

- Həmişə özümə demişəm ki, bir işi görmək üçün daha çox çalışmaq lazımdır. Futbolçularımız da bunu bilir.

- Təbii ki, komandadan hər zaman gələn, gedən olacaq. Amma Nicat Qurbanovla Tatonun “Zirə”dən gedişi bir qədər gözlənilməz oldu...

- Tatonun gedişi şəxsi fikri idi. Tato təbii meydanda oynamağa alışqan idi. Bizim stadionda meydan süni örtükü. Bu da ona ciddi problemlər yaradırdı. Məhz bu səbəb görə komandadan getdi.

Nicata qaldıqda isə, o, çox yaxşı futbolçudur. Buna baxmayaraq bizim komanda stabil oyun oynamırdı. Onun komandadan getməsi öz istəyiylə bağlı oldu. Daha çox oynamaq üçün bizim komandadan getdi. Bizdə rəqabətdən kim qalib çıxırsa o da əsas heyətdə oynayır.

- Yerli futbolçulardan transfer olunacaq?

-  Bəzi futbolçular var, onlarla söhbətlərimiz davam edir. Biz futbolumuzun inkişafı üçün daha çox yerlilərə üstünlük verməliyik. Elə oyunlarımzı olub ki, əsas heyətdə 2-3 legioner olub. Bizdə həmişə rəqabətdə güclü olan futbolçular əsas heyətdə meydanda olublar.

- Bəs neçə legionerin alınması planlaşdırılır?

- Bu barədə konkret rəqəm demək olmaz. Ancaq əsas üstünlüyü yerlilərə verəcəyik. Legionerləri də axtarırıq, araşdırırıq. Gözaltı etdiyimiz futbolçular var, çalışmalarımız da davam edir. İstəyirik legioner seçimində səhv etməyək. Legioneri elə seçməliyik ki, bütün konponentlərdə bizə uyğun olsun. Legioneri bir oynuna görə seçmirik. Bir çox məqamlara dqqət edirik. Zəif komandaya qarşı necə oynayır, güclülərə qarşı necə çıxış edir, xasiyəti necədir... Bütün bunlara diqqət edirik.

- Komanda toplanışı harda keçəcək?

- Bakıda toplaşacağıq. İlk mərhələni Bakıda başa vurub, sonra ölkə xaricinə çıxacağıq. Planımızda Türkiyəyə getməkdir.

- Komanda belə uğurlu çıxışın qarşılığında Avropa Liqasına gedə bilmədi. Nə qədər üzücüdür bu?

- Desək ki, heç bir şey olmadı yalan olar. İnsan bir işə nail olmaq istəyir, bunu əldə edir, amma mükafatı verilməyəndə necə olar? Bizimdə əsas istəyimiz Avroliqaya getmək idi. Biz elə bir oyunun içindəyik ki, daha çox çalışmalıyıq. Biz ən azı bu nailiyyəti təkrarlamalıyıq.

- Qarşınıza məqsəd qoyulmamışdı və komanda ikinci oldu. Bəs indi rəhbərlik sizdən nə tələb edir?

- Konkret olaraq söhbətimiz olmayıb. Ancaq onların ixtiyarı var ki, tələb etsinlər. Təbii ki, rəhbərliyimiz də çəkdikləri əziyyətin, xərclədikləri maddi vəsaitin qarşılığını görmək istəyirlər. Hələ ki, bir söhbətimiz olmayıb.

- Ölkədəki iqtisadi böhranın klubun büdcəsinə təsiri var?

- Bu, gələcəyin məsələsidir. Qışda bizdə belə bir hal yaşandı. Ancaq rəhbərlik və futbolçularla toplaşaraq ortaq məxrəcə gəldik və bu durumdan çıxdıq.

- “Qarşımıza məqsəd qoyulmayıb” deyə deyə az qala çempionluq üçün oynayırdıq. Heç bu barədə komanda olaraq düşünürdüz?

- Səhv etmirəmsə “Qarabağ”la “ev” oyununda onlarla xal fərqimiz 6 idi və udsaydıq 3 xala düşəcəkdi ki, bu da çemponluq uğrunda oynamaq demək idi. Ancaq oyun qolsuz bitdi. Həmin oyundan sonra bu sual berilmidi və “niyə də olmasın” demişdim.

- Onda demək olar ki, bu mövsüm çempionluqa oynayacaqsız?

- Biz məsuliyyətdən qaçmırıq, amma bu iddianı da səsləndirmirik. 2 ilin komandasıyıq. Bizdən qabaqda “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “İnter” var. Bu komandalar arasında təbii ki, çempion olmaq gözəl olardı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail