Fariz Nəcəfov: "Bu il həmin imkanımız olmayacaq" - MÜSAHİBƏ

09.06.2016 | 2688 dəfə oxunub

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun müsahibəsini təqdim edirik:

- Artıq sabahdan “Qəbələ” yeni mövsümün hazırlıqlarına start verəcək. Komandada transfer çalışmaları ilə bağlı son vəziyyət nə yerdədir?

- Gürcüstan millisinin üzvü Nika Kvekveskiri ilə razılıq əldə etmişik. Ondan başqa, daha 2 oyunçu ilə danışıqlar yekunlaşır. Müsbət nəticə əldə edəcəyimizi söyləmək mümkündür. 1-2 günə müqavilə üçün Bakıya gələcəklər. Komandamız təlim-məşq prosesinə Bakıda başlayacaq. Sonra 10 gün Gürcüstanda hazırlıq keçəcəyik. Orada yoldaşlıq oyunları da nəzərdə tutulub.

- Aleksey Antonov və Sergey Zenyovun komandadan ayrılacaqlarını əminliklə söyləmək mümkündür?

- Hər iki futbolçu ilə 1 illik müqaviləmiz var. Hazırda özlərinə komanda axtarırlar. Tapmayacaqları halda, onlardan hansısa yolla razılaşmağa məcburuq. Mümkündür ki, 2 futbolçudan biri komandaya qayıtsın.

- Başqa hansısa oyunçunun “Qəbələ”dən gedişi mümkündür?

- Xeyr.

- Roman Qriqorçukun köməkçilərinin taleyi necə olacaq?

- Onlar hələ ötən mövsümün sonunda komandadan ayrılmaq ehtimallarının olduğunu söyləmişdilər. Hazırda hər iki məşqçinin yerinə əvəzləyici axtarırıq.

- Yeni məşqçilər əcnəbi olacaq, yoxsa yerli?

- Hazırda məşqçilər korpusunda 2 yerli məşqçi var. Ola bilər ki, qapıçılarla işləyən yeni məşqçi komandaya cəlb olunsun. Eləcə də əvəzedici heyətin baş məşqçisi Ramin Quliyevin əsas komandada çalışmaq ehtimalı var.

- Təlim-məşq toplanışı üçün Gürcüstanı seçməyinizdə maddi məsələlərin rolu var?

- Maddi vəziyyəti də nəzərə almışıq. Digər tərəfdən də viza məsələsi var. Əvvəldən heyətə hansı oyunçuları cəlb edəcəyimizi bilmirdik. Viza məsələsində problem yaşamamaq üçün Gürcüstan variantını seçdik.

- Bu il Avroliqada “Qəbələ”nin hədəfi nə olacaq?

- Keçən il də Avroliqadan öncə demişdik ki, hədəfimiz bacardıqca irəli getməkdir. Bu da dəfə də hədəfimiz eynidir.

- Hazırkı “Qəbələ”nin gücü Avroliqanın qrupuna düşməyə imkan verir?

- Cəlb etmək istədiyimiz futbolçuların potensialı buna imkan verir. Bunun nə dərəcədə alınıb-alınmayacağını zaman göstərəcək.

- Əsasən legioner futbolçu transfer etməyiniz nədən irəli gəlir?

- Çünki güclü yerli futbolçuların hamısının klubları ilə müqavilələri var. Müqaviləsi olan futbolçunu komandaya necə götürək? Arif Daşdəmirovun bizimlə müqaviləsi başa çatdı. O “Qəbələ”də qalmaq istəmədi və “Qarabağ”a keçdi.

- Akademiyadan gənclərin əsas komandaya cəlb edilməsi mümkündür?

- Əvəzedicidən 8 oyunçunu əsas komandaya cəlb edəcəyik. İlk toplanışdan sonra onlardan 4-5-i komandada qalacaq. Həmin siyahıdan 2 oyunçu isə nğvbəti mövsümdə əsas komandada çıxış edəcək.

- Yeni komanda ötənilki “Qəbələ”dən zəif olmayacaq?

- Keçən il daha Avroliqanın qrupuna düşdükdən sonra heyətə çox legioner cəlb etmək imkanımız odu. Bu il həmin imkanımız olmayacaq. Miqdar baxımından bu il vəziyyət fərqlidir.

- “Qəbələ”nin büdcəsinin azaldılmasında devalvasiya rol oynadı, yoxsa komandanın geridə qalan mövsümdə çempion olmaması?

- Çempion olsaydıq, münasibət bəlkə də başqa cür olardı. Amma fakt budur ki, komandanın büdcəsi müəyyən qədər azaldılıb.

- “Qəbələ” yenidən Avroliqanın qrupuna düşsə, büdcənin artırılması mümkündür?

- Dəqiq nəsə deyə bilmərəm. Bu suala daha dəqiq klub prezidentimiz cavab verə bilər. Mən ötən mövsümü uğurlu sayıram. 1 il ərzində qrupa düşdük, yenidən Avroliqada oynamaq hüququ qazandıq. Razıyam ki, çempionatda çıxışımız daha uğurlu ola bilərdi. Lakin bu nəticəni də uğur sayıram. Qarşıya baxmaq lazımdır. Birinci komandada daha əvvəl klubun 2 yetirməsi oynayırdı. Növbəti mövsüm üçün heyətə daha 5-6 nəfər də qatılacaq ki, bu məqam məni çox sevindirir.

- Ruslan Qurbanovun “Qəbələ”yə keçəcəyi haqda yayılan xəbərlər nə dərəcədə doğrudur?

- Ruslanın “Neftçi” ilə müqaviləsi var. Məndə olan məlumata görə, komandası onu buraxmır. Biz “Neftçi”yə təklif göndərməmişik, Ruslan Qurbanovla da danışıq aparmamışıq.

- Premyer Liqada 8 komandanın iştirakına münasibətiniz necədir?

- Mən istərdim 10, 12 komanda olsun. Amma son qərarı AFFA verəcək. 10 komanda olub, biabırçı meydançalarda oynamaqdansa, 8 komandalı çempionat daha yaxşıdır. Məni bəzi klubların şəraiti çox narahat edir. Çünki səfər oyununa gedəndə çox biabırçıq hallarla üzləşirik. O vəziyyəti “Qəbələ” də keçib. Bizdə də ilk gündən hər şey yaxşı olmayıb. Çox istərdim ki, AFFA və PFL lisenziya verərkən bu məqama diqqət yetirsin. (futbolxeber.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail