Robert Prosineçki: "Favoritim Almaniya millisidir" - MÜSAHİBƏ

09.06.2016 | 3237 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Xorvatiyanın “Nove TV” kanalına müsahibəsini təqdim edirik: 

- Avropa çempionatında ilk oyunumuzu Türkiyəyə qarşı keçirəcəyik. Bu matçla bağlı nə düşünürsünüz?

- Fatih Terim istənilən yığmanın “sükanı arxası”nda Avropa çempionatında uğur qazana biləcəyini Türkiyə millisində göstərib. Ancaq bizim də yüksək səviyyəli futbolçularımız var ki, onlar qələbə qazanmaq gücündədilər. Komandamız ilk matçda Türkiyə üzərində qələbə qazanarsa, bu, onların qrup mərhələsindəki işini asanlaşdıracaq. Qrupumuzdakı digər komanda Çexiya da çox yaxşı təsir bağışlayır. İspaniya millisi isə Avropa çempionatının favoritidi.

- İspaniya yığmasının baş məşqçisi Visente del Boskenin oyunçu seçimini necə dəyərləndirirsiniz?

- Del Boske böyük təcrübəyə malik mütəxəssisdi. O, öz işinin peşəkarıdı. Fernando Torres və Xuan Mata kimi futbolçuların yığmaya çağırılmamağı kimlərisə təəccübləndirə bilər. Lakin onlarsız belə, İspaniya millisi turnirin əsas favoritlərindən biridi.

- Moldova və San Marino ilə yoldaşlıq görüşlərində Ante Çaçiçin çıxışı sizdə necə təəssürat yaratdı?

- Mənə görə çox yaxşı. Yığmanın bir çox üzvü klubunda ağır mövsüm keçirib. Təbii ki, belə vəziyyətdə Almaniya və ya Polşa kimi güclü komandalardansa, belə yığmalarla qarşılaşmaq daha yaxşı olardı. Çünki Almaniya və ya Polşa kimi rəqiblərlə yoldaşlıq görüşü keçirib turnirə tam bərpa olunmuş vəziyyətdə yollanmaq çox çətin olardı. Xüsusən də, son yoldaşlıq matçı böyük önəm kəsb edirdi.

- Avropa çempionatının favoriti hansı komandadı?

- Almaniya. Bu komanda ilə bağlı heç vaxt düzgün rəy bildirmək olmur. Onlar belə turnirləri əla keçirirlər. Meydan sahibləri Fransa millisi son vaxtlar Avropada yüksəlişdədilər. Həmçinin, İngiltərə yığmasının da adını çəkərdim. Onların gənc futbolçularının oyunu çox xoşuma gəlir.

- Tennisə maraq sizdə hardan yaranıb?

- Bu idman növü çox xoşuma gəlir. Tennisi hər zaman oynayıram. Ancaq son iki ayda bu, mümkün olmayıb. Çox cəlbedici və maraqlı idman növüdü. Yanko Yankoviç və mən tennisi Xorvatiyaya gətirdik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail