Federasiya prezidenti televiziyaları günahlandırdı - MÜSAHİBƏ

15.06.2016 | 3441 dəfə oxunub

Azərbaycan Muay Tay federasiyasının prezidenti Azər Həsənsoy bir neçə gün öncə bu döyüş növü üzrə keçirilən Respublika birinciliyindən sonra Stadium.Az saytının əməkdaşına müsahibə verib:

- Çempionat iştirakçı sayına görə əvvəlki kimidir, artım yoxdur. Çünki Muay Tay çətin idman növüdür. İştirakçı klubların çoxu da qarışıq döyüş növləriylə məşğul olurlar. Ancaq hansı klubların üzvləriki ancaq Muay Tay döyüş növündən dərs alırlar, onlar yüksək texniki səviyyə göstərirlər. Hansı klublar ki, başqa idman növüylə məşğul olan döyüşçüləri meydana çıxardırlar, onlar təmiz Muay Tay göstərə bilmirlər.

Düşünürəm ki, idmançıların texniki göstəricilərini yüksəltmək üçün klublar arasında yarışlar çox olmalıdır. Bu halda təcrübələri də çox olar. İyul ayında məşqçilər üçün seminar keçmək, Muay Taydakı yenilikləri onlara çatdırmaq lazımdır. Ancaq ildən ilə az da olsa yüksəliş hiss olunur.

- Qarşıda hansı yarışlar var?

- Qarşıda oktyabr ayında Tailandda gənclərin dünya çempionatı var. Avqustda isə Latviyanın paytaxtı Riqada Avropa Kuboku keçiriləcək. Əgər hansısa klubdan öz döyüşçülərini bu yarışlarda görmək istəyənlər olsa, bizdə onlara əlimizdən gələn köməkliyi göstərəcəyik. Ancaq istəyirik ki, minumum sayda olsa belə Tailanddakı dünya çempionatına qatılaq.

- Beynəlxalq yarışlarda iştirak üçün maddi vəsait lazımdır. Bəs Muay Tay federasiyası maddi yardımı hardan alır?

- Muay Tay federasiyası əsasən öz büdcəsi hesabına maliyələşir. Və dövlətimizin adından Gənclər İdman Nazirliyi daimi olaraq bizə yarım edir. Heç olmaya dünya və avropa çempionatlarına ən az sayda olsa belə idmançı yollayırlar.

Digər idmançılara da öz imkanları hesabına şərait yaradırıq ki, beynəlxalq yarışlarda iştirak etsinlər. Əsas heyətimiz isə yarışlara özümüz və nazirlik hesabına gedir.

- Muay Tayı ölkədə populyarlaşdırmaq üçün hansısa tədbirləriniz nəzərdə tutulur?

- Muay Tayı ölkədə daha yaxşı yaymaq üçün gərək məşqçilərin sayı çox olsun. Və sizin də dediyiniz kimi, maddi vəsait olmalıdır. Ən əsası də mətbuat, xüsusən də televiziyaların rolu böyük olmalıdır. Ölkədə tanınmış idman növlərinin hamısı televiziyalar vasitəsiylə məşhurlaşıb. İndi Respublika çempionatı keçirilir, biz televiziyaları dəvət etmişik, ANS-dən başqa heç biri gəlməyib. Mən bəzi məsələləri açıq şəkildə demək istəmirəm. Ola bilsin ki, onlar da iş metodlarını dəyişiblər. İndi təbliğatı ancaq öz gücümüzə aparırıq. Muay Tay ölkədə ən lazımlı döyüş növüdür. Sosial yönü isə daha faydalıdır. Gənclər siqaretdən uzaq olurlar, spirtli içkilərdən istifadə etmirlər, edənlər də bunu mütləq tərgidir. Bu, böyük bir sosial məsələdir. Həm də müdafiə qüdrətimizdir. Biz əl-ələ işləməliyik. 2000-ci illərə qədər mətbuat və televiziyalar özləri bizi axtarırdılar, indi isə dəvət edirik, ancaq gəlmirlər. Daha çox şouya üstünlük verirlər. Mən başa düşürəm, qazanc orda daha çoxdur, amma ölkənin və gənclərin, insanların sosial durumunu da nəzərə almaq lazımdır.

- Bakıda hansısa bir iri miqyaslı Muay Tay turniri keçirməyi planlaşdırırsız?

- Bəli, Bakıda avropa və ya dünya çempionatlarından birini keçirməyi istəyirik. Ancaq buna böyük maliyyə dəstəyi lazımdır. Buna isə maddi gücümüz çatmır. Çox güman ki, bu il Azərbaycanda beynəlxalq səviyyəli bir yarış keçirəcəyik. Ancaq Avropa və Dünya çempionatı keçirmək üçün mütləq dövlət dəstəyi lazımdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail