Aqil Məmmədov: "Neftçi"nin şərtləri məni qane etmədi" - MÜSAHİBƏ

19.06.2016 | 4152 dəfə oxunub

"Neftçi"nin sabiq qapıçısı Aqil Məmmədovun müsahibəsini təqdim edirik:

- Sirr deyilsə, karyeranızı harada davam etdirməyə hazırlaşırsınız?
- Hazırda bütün diqqətimi ölkə xaricində oynamağa yönəltmişəm. Təkliflər də var.

- Türkiyə birinci divizionundan?
- Gizlətmirəm ki, belə variant da var. Amma buna ən son variant kimi baxıram. Məsələ burasındadır ki, başqa ölkələrdən də təkliflər var. İndi bu barədə danışıb saytınızın oxucularını aldatmaq istəmirəm. Qoy hər şey dəqiqləşsin, ondan sonra danışarıq.

- Bəs Premyer Liqa klublarından dəvət yoxdur?
- Azərbaycanda oynamaq istəmirəm. Fikrimci, indiki məqamda xaricdə oynamaq daha yaxşı olar. Artıq özümü ölkədən kənarda sınamağın zamanıdır.

- Səsinizdən hiss olunur ki, insimisiniz...
- (gülür) Yox. Hər şey normaldır.

- "Neftçi"də niyə qalmadınız?
- Mövsümün sonunda klub rəhbərliyi ilə görüşdüm. Onlar mənə yeni müqavilə təklif etdilər, amma şərtləri məni qane etmədi. Söhbət təkcə puldan getmir. Məni bu klubdan getməyə digər səbəblər məcbur etdi. Heç kimdən incik deyiləm.

- Sizə elə gəlmir ki, növbəti mövsüm elitada cəmi 8 klubun mübarizə aparması yerli futbolçuların işini xeyli çətinləşdirəcək? Təxminən 20 faiz işsiz qaldı, klub tapa bilmir...
- Şübhəsiz ki, elədir. Azərbaycan kimi ölkə üçün 8 klub çox azdır. Amma biznesmenlər futbola pul xərcləmək istəmirlərsə, nə etmək olar? (azerisport.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail