Vəli Qasımov: "Çətin ki, biz bu komandanı asanlıqla keçək"

20.06.2016 | 3566 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Vəli Qasımovun müsahibəsini təqdim edirik: 

- Püşk sizə Malta "Baltsan"ını rəqib etdi. Avroliqanın püşkündən razı qaldınız?
- Razıyam. Daha pis də ola bilərdi. Malta futbolu yaxşı reytinqə malik olmasa da, indi hamı futbol oynamağı bacarır.  Bu üzdən çətin ki, biz bu komandanı asanlıqla keçək. Hətta deyərdim ki, növbəti mərhələyə vəsiqə qazanmaq üçün xeyli güc sərf etməli olacağıq.

- İlk oyun səfərdə keçiriləcək. Bunun sizə hansısa xeyri var?
- Hələ harada oynayacağımızı dəqiq bilmirəm. Böyük önəm daşımasa da, bir üstünlükdür. İlk oyunda uğurlu çıxış etmək vacibdir. Komanda hazırda Türkiyədə toplanışdadır. İlk oyun səfərdə olsa, Maltaya elə buradan yollanacağıq.

- Rəqibi yaxşı analiz etmək çətin olmayacaq?
- Bizim rəqib barədə informasiya toplamaq üçün vaxtımız var.

- Komanda iyunun 30-na qədər hazır olacaq?
- Toplanışa elə də çoxdan başlamamışıq. Təbii ki, hələ ideal formadan uzağıq. Amma ilk oyuna qədər ideal formamıza mümkün qədər yaxınlaşmağa çalışacağıq. Oyundan oyuna da artırmağımız lazımdır.

- Çernoqoriyalı qapıçı Milan Miyatoviçi artıq "Neftçi"nin futbolçusu saymaq olar?
- Danışıqlar hələ yekunlaşmayıb. Amma məncə, bu yöndə hansısa problem olmaz.

- Bəs makedoniyalı Vançe Şikov?
- Hələ bu futbolçu ilə bağlı sizə konrket bir söz deyə bilmərəm. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail