Rahid Əmirquliyev: "Çempionlar Liqasında oynaya bilərik" - MÜSAHİBƏ

29.06.2016 | 3364 dəfə oxunub

“Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin müsahibəsini təqdim edirik:

- Təlim-məşq toplanışı istədiyiniz kimi keçir?

- 12 gündür ki, burdayıq. Hər şey öz qaydasındadır. Ciddi şəkildə Çempionlar Liqasına hazırlaşırıq. Bizim üçün burda hər cür şərait yaradılıb.

- Dünən Rusiyanın ən güclü komandalarından olan “Zenit”lə yoxlama görüşü keçirdiniz. Qarşılaşmadan qalib ayrıldınız...

- Çox güclü rəqibə qarşı oynadıq. Qalib gəldiyimiz üçün sevinirik. Amma yoldaşlıq görüşü olduğu üçün nəticənin də əhəmiyyəti yox idi. Buna baxmayaraq belə güclü komandalara qalib gəlmək xoş təsir bağışlayır.

- Bundan əvvəlki müsahibələrinizdə bildirmişdiniz ki, tam formada deyiləm. Dünən isə güclü rəqiblə oyunda qol vurdunuz. İndi oynamağa tam hazırsız?

- Qol vurmağın o qədər də əhəmiyyəti yox idi. Kim vursa, komandaya xeyir verir.Mən də 6 ay idi ki, futbol oynamırdım. İndi isə özümü çox yaxşı hiss edirəm. İtirilən oyun təcrübəmi burda bərpa etmişəm.

- Çempionlar Liqasında Lüksemburqun “Düdelanj” klubuna rəqib olmusuz. Rəqib haqqında nə bilirsiz? Bu günə qədər nəyi öyrənmisiz?

- Son çempion və ölkə kubokunun qalibidirlər. Başqa ətraflı heç nə bilmirik. Qarşıdakı günlərdə analiz edəcəyik. Bundan sonra onlar haqqında çox şey danışmaq olar.

- “Qarabağ”ı açıq-aşkar favorit hesab edirlər...

- Düzdür, hamı belə düşünür. Amma həmişə avrokuboklarda ilk oyun çox çətin olur. Ona görə biz fərqli yanaşırıq.

- “Qarabağ”a Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün nə lazımdır?

- Bizim üçün bu il Çempionlar Liqasının qrup mərhələsinə düşmək yaxşı nəticə sayılar. Əlimizdə imkan var. Fikrimcə, hər matça final oyunu kimi çıxsaq, qrupda oynaya bilərik. Bütün mərhələlərdə qarşılaşmalara son matç kimi baxacağıq. (Qafqazinfo)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail