Roman Qriqorçuk: "Favorit olmağımızla razılaşmıram" - MÜSAHİBƏ

29.06.2016 | 2588 dəfə oxunub

Sabah Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsinin Bakıda Gürcüstanın "Saatredia" klubunu qəbul edəcək "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Avrokubok mövsümünün başlaması münasibəti ilə sizi də, özümüzü də təbrik edirəm.

- Ötən mövsüm Tiflis "Dinamo"su ilə oyundan öncə və bu gün hansı vəziyyətdəsiniz?
- Müqayisə etmək istəməzdim. Bir il keçib üstündən. İndiki vəziyyətimizi qiymətləndirə bilərəm. Biz yaxşı vəziyyətə gəlmək üçün hər şeyi etmişik. Yeni gələn futbolçulardan çox razıyam. Onların meydanda etdikləri tələblərimə cavab verir. İnanıram ki, sabahkı rəsmi oyunda da istədiyimi həyata keçirəcəklər.

- Yeni gələnlərin heyətdə anlaşması hansı səviyyədədi? 
- Hücum xəttimiz bütövlüklə yeni oyunçulardan ibarətdi. Hazırlıq vaxtı onlar nə istədiyimi anlayırdılar. Ancaq sabahkı görüşdə anlamalarını yox, bunu həyata keçirmələrini istəyirəm. Özümə də maraqlıdı ki, komandamız sabah hansı durumda olacaq.

- Rəqib haqda dolğun məlumat toplaya bilmisinizmi?
- Komanda olduqca maraqlı futbol sərgiləyir. Futbolçuları özlərinə güvənir.  Özlərinə arxayındılar. Hücum etməyi bacarırlar. Ancaq düşünürəm ki, biz onları yaxşı təhlil etmişik. Eyni zamanda, daha önəmli onların oyunu deyil, bizim istədiyimiz futbolu sərgiləməyimizdi. Yaxşı nəticə əldə etmək istəyiriksə, hücumda məhsuldar və rəngarəng olmalıyıq.

- Ötən mövsüm 4 mərhələ adlayıb, qrupa düşdünüz. Ancaq bütün hallarda favoritə qarşı çıxış edirdiniz. Bu dəfə favorit kimi oyuna çıxacaqsınız. Psixoloji cəhətdən özünüzü necə hiss edirsiniz?
- Favorit olmağımızla razılaşmıram. Hesab edirəm ki, şanslarımız bərabərdi. Hətta necə görünəcəyimiz mənim üçün də sirdi. Hesab edirəm ki, kim daha yaxşı hazırlaşıbsa, o tərəf də cütlüyün qalibi olacaq. Bu üzdən də psixoloji təzyiq altında olacağımızı düşünmürəm. Rəqibi yaxşı təhlil etmişik. Futbolçularımız da gürcülərin oyununu görüb. Rəqibə real qiymət veririk. Ancaq həm mən, həm də futbolçularımız qalib gəlmək əzmindəyik.

- Zenyov barədə fikrinizi dəyişməyə nə təsir etdi?
- Sergeyin "Qəbələ"ylə müqaviləsi var. Normal hazırlaşıb. Biz ona güvənirik. O ki qaldı komandaya gec qoşulmasına, bunun obyektiv səbəbi var. O, fərdi qaydada hazırlaşdı və fiziki formasını bərpa etdikdən sonra komandaya qoşuldu.

- Start heyəti müəyyənləşdirmisinizmi?
- Özüm üçün müəyyənləşdirmişəm. Ancaq strateji cəhətdən bunu açıqlamayacam. Seçimimiz o qədər də geniş deyil. Yeni gənc futbolçularımız var. Ancaq etiraf edim ki, gənclər hələ bu səviyyədə oyunlara hazır deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail