Roman Qriqorçuk: "Bu barədə heç fikirləşmirik də" - MÜSAHİBƏ

01.07.2016 | 2760 dəfə oxunub

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Bakıda "Samtredia"nı 5:1 hesabıyla məğlub edən "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Nəticədən və oyundan razı qaldım. Futbolçulara göstərdikləri oyuna görə təşəkkür edirəm.

- Sizcə, bu cütdə kim favoritdi?

- Bu barədə düşünmürük. Dünən də demişdim. Rəqib güclü komandadı. Sadəcə, bu gün belə alındı.

- Sizə elə gəlmir ki, Zenyov bu gün 3 nəfərin yerinə mübarizə aparırdı...

- Zenyov bu gün çox yaxşı oynadı. Ancaq ayrı-ayrı oyunçuları fərqləndirmək istəməzdim. Fikrimcə, bu gün bütün komanda yaxşı oynadı.

- Sizcə, bu gün rəqibiniz "Samtredia" idi, yoxsa, "Samtragediya"?

- Gəlin rəqibə hörmət edək. Rəqib güclü komandadı. Öz çempionatlarında 2-ci yeri tutublar.

- Sizi adətən legionerlərə görə tənqid edirlər. Bu gün yeni futbolçuların çıxışına görə həmin şəxslərə sözünüz var?

- Məni tənqid edənlərə ancaq can sağlığı arzulayıram. Bəzən olur ki, düzgün olmayan məlumatlar yayırlar. Ən çox Antonovu təndiq edirdilər. O çox yaxşı futbolçu idi. Sadəcə, zədə aldı, buna görə oyunu istədiyi kimi alınmadı. Digər oyunçuların çıxışı isə uğurlu alındı. Hələ ki, bir oyun keçirmişik. Yeni transferləri gələn oyunlarda daha yaxşı görəcəyik.

- Cavab oyununda hansı oyuna üstünlük verəcəksiz?

- İmkan vermərəm ki, komanda bu qələbədən arxayınlaşsın. İkinci hissdə bir qədər geri oturduq. Buna səbəb isə rəqibin hücumu oldu. Onlar cərimə zərbəsindən yaxşı qola imza atdılar.

- Ölkə çempionatında belə "Qəbələ" belə rahat futbol oynamayıb ...

- Deməzdim ki, bu gün asan rəqibə qarşı oynadıq. Bizim yaxşı oyamağımıza səbəb futbolçuların yaxşı çıxışı oldu.

- Hesab artdıqdan sonra yerli oyunçuları meydana buraxdız. Həmin oyunçuları cavab oyununda da görə bilərikmi?

- Həmin oyunadək hər şey ola bilər. Biz istəyirik ki, yerli oyunçular inkişaf etsin. Bu istiqamətdə işlər görməyə davam edəcəyik.

- Ötən mövsümün sonunda azarkeşlərlə sizin aranızda problem yaşanmışdı. Bu oyunda isə azarkeşlər "Qriqorçuk, Qriqorçuk" deyə qışqırırdılar. Demək olar ki, bu oyunda azarkeşlərlə sizin aranızda barışıq oldu?

- Mənimlə azarkeşlər arasında heç vaxt problem olmayıb. Biz azarkeşlər üçün oynayırıq. Bakının özündə də bizə qarşı çox yaxşı münasibət var. Mən onlar haqda necə mənfi fikirdə ola bilərəm?

- Növbəti mərhələdə rəqib kimi hansı komandanı görmək istəyərdiz? MTK yoxsa "Aktobe"?

- Bu barədə heç fikirləşmirik də. Bizim əsas vəzifəmiz öz oyunumuzu yaxşılaşdırmaqdı. Təbii ki, hər iki komandanı analiz edirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail