Nelson Bonilla: "Heç bilmirəm "Qarabağ" məni rəsmən istəyirdi, ya yox" - MÜSAHİBƏ

03.07.2016 | 3865 dəfə oxunub

"Zirə"nin sabiq hücumçusu, Portuqaliyanın "Nasyonal" klubunun salvadorlu futbolçusu Nelson Bonilyanın müsahibəsini təqdim edirik:

- "Nasyonal"a keçidinizlə bağlı nə deyə bilərsiniz?
- Bu transferin baş tutmasına sevinirəm. Mənim, karyeram üçün uğurlu addım oldu. Ümid edirəm ki, yeni komandamda da uğurlu çıxış edə biləcəyəm.

- Özünüzü Portuqaliya çempionatına hazır hiss edirsiniz?
- Tam hazıram. Sadəcə, uyğunlaşmaq üçün müəyyən zamana ehtiyacım var. Portuqaliya çempionatında meydana çıxacağım günü səbrsizliklə gözləyirəm.

- Son müsahibə zamanı "Zirə"dən niyə ayrıldığınızı bizə demək istəməmişdiniz...
- Sadəcə, "Nasyonal"dan aldığım təklifə görə. Dediyim kimi, Portuqaliya çempionatı Avropanın 10 ən güclü çempionatından biridir. "Nasyonal"da oynamaq da irəliyə doğru atılmış addımdır.

- "Zirə"ni tərk edən digər legioner futbolçu - ispaniyalı Tato buranı süni örtüklü meydanda oynamaq istəmədiyinə görə tərk etdiyini deyib...
- Ola bilsin ki, Tato üçün elədir. Amma mənim üçün süni örtük problem deyildi. Sadəcə, karyeramda dəyişiklik etmək istəyirdim və buna görə də Portuqaliyaya yollandım. Başqa səbəb axtarmağa dəyməz.

- "Qarabağ"a da keçəcəyiniz deyilirdi. Ağdam klubundan da təklif alsaydınız, seçiminiz necə olardı?
- Bu barədə heç nə deyə bilmərəm. Çünki heç bilmirəm "Qarabağ" məni rəsmən istəyirdi, ya yox. Rəsmi təklif olsaydı, o zaman bu barədə nəsə danışmaq olardı. Amma nə vaxtsa yenidən Azərbaycana qayıdacağıma ümid edirəm. Lakin hansı kluba, bunu indi demək çətindir. Bakını, xalqınızı çox sevdim.

- Bəs Azərbaycan futbolu ilə bağlı fikirləriniz necədir?
- Çempionatınızın inkişafda olması xoşuma gəlirdi. Matçlar çox maraqlı keçirdi. Orada olduğum müddətdə gördüm ki, yaxın illərdə Azərbaycan Premyer Liqası Avropanın güclü çempionatlarından birinə çevrilə bilər. Sadəcə, təşkilatçılıq baxımından müəyyən problemlər var. Bunu nəzərə almasaq, Azərbaycan futbolunda hər şey xoşuma gəlirdi. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail