Qara Qarayev şübhəli danışdı: "...hər şeyə hazır olmaq lazımdır" - MÜSAHİBƏ

05.07.2016 | 3780 dəfə oxunub

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin müsahibəsini təqdim edirik:

- Avstriya toplanışı necə keçdi?
- Bütövlükdə, pis olmadı. Heç kim ciddi zədə almadı. Bakıya qayıtmışıq, artıq burada hazırlaşırıq. Hazırlıq üçün daha bir neçə gün vaxtımız var. Bu vaxtdan maksimum yararlanmağa çalışacağıq. Özümə gəlincə, hələ istədiyim formanı yığa bilməmişəm. Son oyunu da yüngül zədə səbəbindən buraxmalı oldum.

- "Zenit"ə qalib gəlsəniz də, digər iki oyunda məğlubiyyətlə üzləşdiniz...
- Yoxlama oyunlarının nəticəsinə böyük önəm verməyə dəyməz. İnsbruk "Vakker"i ilə oyundan öncə cəmi beş gün məşq etmişdik. "Zenit"lə oyunda isə artıq özümüzə gəlmişdik. Pis oynamadıq.

- Bəs Albaniya çempionuna məğlub olmağınızın səbəbi nə idi?
- "Şkenderbeu" "Düdelanj" stilində futbol sərgiləyir. Bir daha qeyd edirəm ki, bizim üçün nəticə önəmli deyildi. Əsas yaxşı hazırlaşmaq idi.

- Lüksemburq "Düdelanj"ını nə dərəcədə yaxşı öyrənə bilmisiniz?
- Məşqçilər korpusu bizə hələ ətraflı məlumat verməyib. Bunun da vaxtı gələcək. Bizim üçün xoşagəlməz rəqib sayıla bilər. Belə rəqibə qarşı oynamaq, qol vurmaq çox çətindir. Asan olmayacaq.

- Axı bu, "Qarabağ"ın mərhələ şansını azaltmamalıdır...
- Şübhəsiz ki, qələbə qazanmağa çalışacağıq. Amma hər şeyə hazır olmaq lazımdır. Futbolda heç kim məğlubiyyətdən sığortalanmayıb. Hətta ən zəif komandalar da futbol oynamağı, qələbə qazanmağı bacarırlar. Bunu elə Fransadakı Avropa çempionatından da görmək mümkündür.

- Yəqin ki, siz "Düdelanj"ın İslandiya kimi sürprizlərə imza atacağını iddia etmək istəmirsiniz...
- Ümid edirəm ki, biz elə sürprizlə qarşılaşmarıq. Amma "Qarabağ"ın yüz faiz mərhələ keçəcəyinə də heç kim zəmanət verə bilməz. Bizim üçün çətin imtahan olacaq. Hətta cütün favoriti hesab olunsaq da.

- Azarkeşlər "Qarabağ"ın transferlər edəcəyini, ən azı hücumçu alacağını gözləyirdi...
- Bu barədə mənim deyəcəyim heç nə yoxdur. Yəqin ki, Qurban Qurbanov onun tələblərinə cavab verən futbolçu tapa bilməyib. (azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail