Rövnəq Abdullayev: "May ayında 8 klubumuzun iştirakı ilə Qəbələdə elitar turnir təşkil edəcəyik" - MÜSAHİBƏ

05.07.2016 | 3480 dəfə oxunub

AFFA prezidenti Rövnəq Abdullayev Peşəkar Futbol Liqasının prezident seçkilərindən sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Son dörd ilə baxış oldu. Çətin də olsa, çempionat yüksək səviyyədə keçirilib. Ən əsası da, hakimlik yüksək səviyyədə olub.  Bu gün PFL-ə lazımi tövsiyyələrimi verdim.

May ayında 8 klubumuzun iştirakı ilə Qəbələdə elitar turnir təşkil edəcəyik. Bilirsiniz ki, I divizionu gücləndirmək niyyətindəyik. AFFA-nın İcraiyyə Komitəsinin qərarı oldu ki, ən azından 4 klub lisenziyanın tələblərinə cavab versin. Düşünürəm ki, gələn mövsümdən 10 komanda Premyer Liqada iştirak edəcək.

- PFL prezidenti vəzifəsinə başqa namizəd olacağını gözləyirdiniz?

- Gözləyirdim. Ancaq PFL prezidenti olmaq heç də asan iş deyil. Ona görə də heç kim namizədliyini irəli sürmədi. Əsas odur ki, klublarımız tarixi ərzində ilk dəfə avrokuboklarda birinci mərhələdə belə yaxşı nəticə göstərdi. Buna sevinməyə bilmərik. Ümid edirəm ki, komandalarımız bu zəfər yürüşlərini yenə də davam etdirəcək. 

- Az əvvəl hakimlər barədə danışdınız. Ancaq bu yay və ötən qış hakimlərimiz təlim-məşq toplanışı üçün ölkə xaricinə çıxa bilmədi. Bu, nə ilə əlaqədardı?

- Hazırda bu yöndə müəyyən işlər gedir və hakimlərimiz Bolqarıstana getməyə hazırlaşır. Antalyanı seçməməyimizə səbəb həmin vaxt Türkiyəyə komandaların getməməsidir. 

- Ötən mövsüm bir çox biabırçı hakim səhvləri gördük. AFFA prezidentliyinə də seçki oldu, PFL prezidentiliyinə də. Bəs, Hakimlər Komitəsində seçkilər nə vaxt olacaq?

- Avropa çepionatında da hakim səhvləri olub. İndi Xaqani Məmmədovu öldürək? Hakimlərimizə ciddi nəzarət var. Ancaq bir məqam var və ona diqqətimizi yönəltmək istəyirəm. Qanunvericilikdə mərc oyunları ilə bağlı qayda pozuntuları var. Bütün bu səhvləri aradan qaldırmaq istəyirik.

- Dövlət Proqramının vaxtı bitib. Yeni proqram hazırlanacaqmı?

- Proqram hazırlamışıq. 2020-2025-ci ilə qədərki qısa proqram olacaq. Futbol tarixində ən vacibi 2020-ci ildi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail