Ramin Musayev: "Mən çox tərifləyəndə hakimlərin ayaqları yer alır" - MÜSAHİBƏ

05.07.2016 | 3755 dəfə oxunub

PFL-in yeni prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb.

- Klub rəsmiləri hər zaman hakim təyinatlarından narazılıq edirlər. Amma bu gün əleyhinizə əl qaldırılmadı.

- Əleyhimə əl qaldıran olmadı. Çempionat zamanı insan emosiyaya qapılır. Bu günə qədər elə klub rəhbəri olmayıb ki, oyundan sonra onun zənginə cavab verməyim. Bizim operatorlarımız var. Bu 8 ildə ürəyiniz istəyən oyunun mübahisəli anını deyin, onu müzakirəyə çıxaraq. Hətta klub nümayəndələrinin, baş məşqçilərin bəzi məsələlərdən xəbərləri olmur. Qələbə qazanıb, arxayın gedirlər. Amma onların elə epizodda kobudluq edən futbolçusu olur ki, bunu tutub, cəzalandırırıq. Biz rüşvətin qarşısını almışıq. Şübhələndiyimiz qovuldu. Biz sübut üçün yox, hətta şübhələndiyimizi belə qovmağa hazırıq. Amma mən sübuta yetirdiyim addıma görə qovuram. Axı o klublarda insanlar əziyyət çəkirlər. Gəlin, o futbolçular qədər biz də qaçaq. Elə bilirsiniz, Xaqani Məmmədovun işi asandı? Klublarla söhbətimiz olur, şikayət edirlər. Əksər hallarda mübahisəli epizoda baxanda, deyirlər ki, Mübariz müəllim, bağışlayın, bunu görməmişdik. Görüntülərin 90 faizini aşkar şəkildə görmək olur ki, hakim səhvdi, ya yox. Bu gün FİFA hakimlərimiz hər üçün Avropa Liqasının I mərhələsinə təyinat alır. Əliyar Ağayev 30 yaşı olmasa da, artıq 24-cü oyununu idarə edib. Onlar nə ailələrini, nə bizi təmsil edirlər. Hakimlərimiz də Azərbaycanı təmsil edirlər. Hər üçündən də müsbət rəy gəlib. Mən Xaqani Məmmədovu müdafiə etmirəm. Onun da səhvləri var. Sizinlə danışmaqda peşəkar olmasa da, işində peşəkardır.

- Sizinlə rəqabət apara bilməyəcək rəqibin olmaması sizə zövq verirmi?

- Mən güləşçi olmuşam, mübarizə aparmağı sevirəm. Hətta bir dəfə yarışda rəqibim gəlmədi, üzüldüm.

- Sizin məvacibiniz nə qədərdi?

- 1100 manat.

- Premyer Liqada özünə klub tapa bilməyən orta səviyyəli futbolçular özlərinə I divizionda da iş tapa bilmirlər. I divizionda limitin dəyişməsinin vaxtı çatmayıb?

- AFFA rəhbərliyinin bununla bağlı razılığını almışam. Limit dəyişəcək.

- "Qarabağ” – "Neftçi” oyunundan sonra polis azarkeşləri vurmuşdu. Polis-azarkeş münasibəti necə tənzimlənəcək?

- Bakıda yol polisləri olmasa, bizim cavanlar yollarda min oyundan çıxarlar. "Neftçi” – "Xəzər Lənkəran” oyununda tale üzümüzə güldü ki, külək olmadı. Gül kimi açılış etdik. Bir təpik, bir sillə mənim aylarla çəkdiyim əziyyəti hədər etdi. Mən polisə buna görə üstünlük verirəm. Sevinməyin də çərçivəsi var. 12 yaşlı uşağı heç bir polis vurmaz. Mən polis işçisi olduğum üçün polisin tərəfini saxlamıram. Haqqın tərəfdarıyam. Azərbaycanda Hüquq Mühafizə orqanları çalışmasa, hamı bir-birini yeyər. Niyə qadınlarımız oyunlara gəlmir? Çünki yersiz hərəkətlər olur, söyüşlər söyürlər. O günü "Qəbələ”nin oyununda qadınlar, uşaqlar gördüm. Az qalsın, düşüb onları öpüm. Çox sevindim. Amma narahat idim ki, birdən kimsə söyüş söyər, mən onun yerinə utanaram. Polis başqa millət deyil ki. O da işinə gəlib. 2 nəfər dalaşıb getdi, o bədbəxt cəzalandı.

- Olmazmı ki, oyunlara cəlb edilən polislər üçün PFL tərəfindən təlimatlar keçirilsin?

- Hər oyundan əvvəl həmin matça cavabdeh olan polis rəhbərliyi gəlir. Həmin final matçından sonra polis rəhbərindən xahiş etdim ki, qol vurandan sonra sevinən, fişəng yandıran azarkeşə dəyməsinlər. Heç mən də onları cərimələmədim. Bu yaxınlarda Fransada insanları necə döydülər? Heç heyvanı belə döyməzlər. Uşağı, qadını, qızı vururdular. Olmazmı ki, biz özümüz təbliğat aparaq, ay azarkeşlər elə edək ki, futbolu sevən qızlar da gələ bilsinlər. Mənə məktub yazan xanım var ki, qarğış edir. Deyir ki, mən niyə oyuna gələ bilmirəm? Final oyununa 26 min adam gəlmişdi. Onların təhlükəsizliyi üçün PFL nə etsin? 50 işçim var. 26 minin təhlükəsizliyinə necə cavabdeh olaq.

- Əvvəllər ayın ən yaxşı qolu, oyunçusu seçilirdi. Bunun ləğvinin səbəbi nə oldu?

- Mən bir effekt görmədim. Hətta mükafat da vəd etmişdim ki, bir neçə dəfə ən yaxşı seçilən yerliyə verəcəm. Amma bunları görmədim.

- Razısız ki, ötən mövsüm ən çox hakim səhvindən əziyyət çəkən "Neftçi” və "Qəbələ”, ən az "Qarabağ” oldu?

- Mən ad çəkə bilmərəm. Klublar çoxdu, mən təkəm. Elə klub rəsmisi olub ki, etiraz edib, təkrara baxdıqdan sonra görüb ki, onların lehinə qərar verilib.

- Tək namizəd olduğunuz üçün belə rahatsız?

- Toyum olmayıb ki, həyəcanlı görünüm. Mən həyatda qorxu nədi, bilmirəm. Hətta ölümdən də qorxmuram. Əksinə, tək olmağım mənə yaxşı təsir etmədi. Yaxşı olardı ki, 2-3 namizəd olardı. Hər kəsin futbolda gördüyü işlərlə bağlı açıqlama olardı. Görərdik, kimin planları daha gözəldi, kim nə iş görüb. Rəqibim olmasa da, daha yaxşı işlər görməyə çalışacam.

- Hakim səhvləri ilə bağlı qalmaqallar oldu. PFL prezidenti olaraq, bu səhvlərin qarşısını almaq üçün Hakimlər Komtəsi ilə iş görmürsüz?

- Nə qədər hakim qovuldu. Birini deyin ki, yersiz qovuldu. Bu boyda çempionatlar keçirilir başqa ölkələrdə. Hansı çempionatın hakimləri bizimkilərdən güclüdü? Çempionatdan, hakimlikdən ruslar danışmasınlar gərək. Çünki Rusiya Premyer Liqasında çempionu hakimlər təyin edir. Bunu sizə sübut edə bilərəm. Mən çox tərifləyəndə hakimlərin ayaqları yer alır. Siz onları tərifləməyə vadar edirsiz.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail