Şahin Diniyev: "Mən elə söz deməmişəm" - MÜSAHİBƏ

06.07.2016 | 4229 dəfə oxunub

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Moldovanın "Daçiya" klubu ilə  Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən əvvəl jurnalistlərin suallarını cavablandırıb: 

- İlk oyun azarkeşlər və jurnalistlər üçün maraqlı idi. Hər iki komanda qələbəyə yaxın idi. Oyunda bizim daha çox qol imkanımız vardı. İkinci hissədə "Daçiya" üstün idi. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Bakıda da demişdim ki, cütün taleyi Kişinyovda həll olunacaq. Yenə deyirəm: Kim mərhələ keçsə, onun haqqıdır. "Daçiya" hücum edəcək, amma biz də təslim olmayacağıq. Hər iki komandanın mərhələ şansı var. Taktiki hazırlıq, psixoloji hazırlıq və motivasiya mərhələ keçməkdə mühüm rol oynayacaq.

 - İyulun 12-də 50 yaşınız tamamlanır. Mərhələ keçsəniz, bu, yubileyinizə hədiyyə olacaq?

- Əlbəttə, 50 yaş həm orta, həm də sona yaxındır. Biz futbol adamıyıq. 50 dəfə ad günüm olub. Mərhələ keçsək, bu, futbolçulardan ad günümə ən böyük hədiyyə olacaq.

- İlk oyunda fiziki hazırlıq sarıdan problemlərinizin olduğunu demişdiniz. Bunlar aradan qalxıb?

- Bizim az vaxtımız oldu. 15 gün ərzində ideal formada olmaq mümkün deyil. Həm bizim, həm də rəqibin sınaqçı rəqibləri olmadı. Fiziki hazırlığı 5 günə müəyyən səviyyəyə çatdırmaq mümkün deyil. Amma biz get-gedə ideal formaya yaxınlaşırıq.

- Oyunöncəsi Speya şəhər stadionunda məşq keçəcəksiniz?

- Speyada məşq keçirməyəcəyik. Çünki saatyarım yol gedib-gəlməliyik. Bu da gecə səhərədək yol gələn komanda üçün ikiqat ağır ola bilər. Ola bilsin, açıq havada və ya başqa bir meydanda məşq etdik.

 - 0:0 hesablı ilk oyunun revanşında bir qol oyunun nəticəsini həll edə bilər...

- Açıq deyim: "Daçiya"nın bizdən daha çox şansı var. Çünki Bakıda heç-heçə edib. Bu dəfə evdə oynayırlar. Faizlə götürsək, 60:40 nisbətində "Daçiya"nın xeyrinədir.

 - İlk görüşdə demişdiniz ki, Adlan Şişxanovla dava etməyə hazır idim...

- Mən elə söz deməmişəm. Demişəm ki, futbolçum rəqibi vursaydı, onu özüm əvəzləyər və dava edərdim. Mən özüm Kişinyovda futbol oynamışam. Heç vaxt Moldova barədə mənfi fikir söyləmərəm. "Nistru"da birgə oynadığım futbolçulara salamlarımı göndərirəm.

- "Neftçi"nin SSRİ çempionatında bürünc medal qazanması qeyd ediləcək?

- Təbii ki. Bu, həqiqətən də böyük uğur idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail