Roman Qriqorçuk: "Bu komandaların oyununa baxamamışam" - MÜSAHİBƏ

07.07.2016 | 3711 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının 1-ci təsnifat mərhələsində səfərdə qarşılaşacaqları Gürcüstanın "Samtredia" klubu ilə oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- İlk matçda qeydə alınan 5:1 hesablı nəticədən sonra ikinci oyunu sizin üçün formal xarakterli hesab etmək olarmı?

- Heç də belə düşünmürəm. Sabahkı oyuna ciddi şəkildə hazırlaşırıq. Heç bir futbolçuya dediyiniz münasibəti bəsləməyə də icazə verməmişəm.

- Hazırda göy üzünü qara buludlar bürüyüb. Məşq prosesində isə yağışın yağacağına şübhə yoxdur. Sabah da oyunda "qol yağışı" görə bilərikmi?

- Biz hər zaman çox qol vurmaq istəyirik. İnanıram ki, sabah da buna nail ola bilərik. Ancaq proqnoz vermək mənlik deyil.

- Arenanın ot örtüyünün bərbad durumda olması sizi narahat etmir?

- Ötən gün burada "Çixura" - "Zimbru" matçı keçirilib. Buna görə də ot örtüyü bir qədər korlanıb. Ancaq inanmıram ki, bu durum həm bizə, həm də rəqibin oyununa mənfi təsir etsin. Yəqin ki, qazonun durumuna məsul olan şəxslər sabahadək mövcud problemləri qismən də olsa, aradan qaldıracaqlar.

- Mərhələni adlayacağınız halda "Aktobe" - MTK cütünün ən güclüsü ilə qarşılaşacaqsız. Hansı sizin üçün daha münasib rəqibdir?

- Bu komandaların oyununa baxamamışam. Mərhələni keçsək, onları izləmək üçün vaxtım olacaq. Hələ ki, bu barədə düşünmürəm. Biz ilk növbədə sabahkı qarşılaşma ilə bağlı fikirləşməli, növbəti mərhələyə vəsiqəni təmin etməliyik. Yalnız bundan sonra rəqibi təhlil edib, düzgün taktikanı müəyyənləşdirəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail