Roman Qriqorçuk: "Əsas odur ki, qısa zamanda oyun səviyyəmizi qaldıraq" - MÜSAHİBƏ

07.07.2016 | 2665 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının I təsnifat mərhələsinin Gürcüstanın “Samtredia” klubuna 1:2 hesabı ilə uduzduqları oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyun gözlədiyim kimi keçdi. Şadam ki, bu vəziyyətlə üzləşdik və matç gördüyünüz kimi alındı. Bir tərəfdən şadam ki, belə vəziyyət alındı. Dərk etdik ki, bu cür oyunlarda arxayınlaşmaq olmaz. Buraxdığımız səhvlər bizim üçün yaxşı material oldu.

- Rəşad Sadiqovun zədəsi nə yerdədir?

- Bunu indi demək çətindir. Amma Rəşad təcrübəli oyunçudur. Zədəsinə rəğmən meydana çıxıb oynadı.

- Növbəti rəqibiniz hazırda davam edən MTK – “Aktobe” matçından sonra bilinəcək. Kiminlə qarşılaşmaq istərdiniz?

- Bizim üçün fərqi yoxdur. Əsas odur ki, qısa zamanda oyun səviyyəmizi qaldıraq. Hansı rəqiblə qarşılaşacağımız önəm kəsb etmir. Növbəti mərhələdə daha keyfiyyətli oyun sərgiləməliyik.

- Səmimi cavab gözləyirik. “Samtredia” heyətinə və gücünə görə “Qəbələ” ilə başabaşdır, yoxsa təmsilçimizdən 2 dəfə zəifdir?

- Mən onlar haqda hələ ilk matçdan sonra fikrimi bildirdim. Rəqiblə bağlı müsbət fikirlər səsləndirmişdim. Hücuma yaxşı keçirlər. İkinci oyundan sonra da eyni sözləri təkrarlaya bilərəm. Amma razıyam ki, biz onlardan güclüyük.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail