Vəli Qasımov: "Çünki hücum cəhətdən problemlərimiz var" - MÜSAHİBƏ

07.07.2016 | 3776 dəfə oxunub

Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda Malta "Baltsan"ına məğlubiyyətdən sonra (1:2), "Neftçi"nin baş məşqisi Vəli Qasımov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Rəqib bura gəzməyə gəlməmişdi. Onların yaxşı oyunçuları var. Birinci hissədə yaxşı oyun sərgilədik. İkinci hissədə bir qədər çətunlik çəkdik. Bu da, komandanın yeni olmasıyla bağlıdı. Birinci oyunda daha yaxşı oynamışdıq. Ancaq oyunların hamısı bir olmur...

- Müdafiəylə yarımmüdafiə xətti arasında rabitə yox idi. Həm də, 75-ci dəqiqədən sonra komandanın fiziki cəhətdən çatdırmadığını gördük.
- Komandada anlaşılmazlıq var idi. Əsasən, qoldan sonra əziyyət çəkdik. Qol olmasaydı, daha rahat oynayardıq. Maltadan gələndən sonra həmişə danışırdıq ki, rəqibə ciddi yanaşmaq lazımdı.

- Komandanın müdafiə xəttində iki yeni oyunçu var. Müdafiədəki problemləri bununla bağlamaq olar? 
- Müdafiədə ciddi problem yoxdu. Amma bəzən ötürmələrdə səhvlərə yol verirdilər.

- Jayronun çəkisi artıq deyil ki?
- Jayronun bədən quruluşu belədi. Yeni gələndə bir az artıq çəkisi var idi. Ancaq indi belə problem yoxdu. Oyunçu kimi bir az ləngdi. 

- Rəqib penaltini vursaydı, mərhələni onlar adlayacaqdı. Belə olsaydı, münasibətiniz necə olacaqdı?
- Çox pis. Düşünürəm ki, düzgün yoldayıq. Çalışırıq ki, yaxşı oynayaq. Bu, futboldu. Burada hər şey olur. Bizim əsas məqsədimiz mərhələni keçmək idi. 

- Yeni transferlər gözlənilir?
- İstəyərdim, yeni hücumçumuz olsun. Çünki hücum cəhətdən problemlərimiz var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail