Elnur Cəfərov: "Komandanın aparıcı futbolçularından biri olmaq istəyirəm" - MÜSAHİBƏ

08.07.2016 | 3268 dəfə oxunub

Portuqaliyanın "Tondela" klubu ilə müqavilə imzalayan azərbaycanlı futbolçu Elnur Cəfərovun müsahibəsi:

- İyunda İspaniyanın "Real Ovyedo" klubuna keçəcəyiniz gözlənildiyi halda, siz qəfildən Portuqaliya klubuna keçdiniz. Niyə?

- Komandada dəyişiklər oldu. İspaniyada baxışda olduğum dövrdə komandanı başqa məşqçilər çalışdırırdı. Hətta bu dəyişikliyə rəğmən də "Ovyedo"ya keçə bilərdim. Amma başqa variantlar da yarandı. Tamamilə fərqli ölkələrdə də çıxış edə bilərdim. Özüm üçün onların arasından ən yaxşı hesab etdiyimi seçdim. Bu da "Tondela" oldu. Fikrimcə, Portuqaliya çempionatında oynamaq mənim üçün daha yaxşı variant olar.

- Yeni ölkə, yeni klubla bağlı təəssüratlarınız necədir?

- Tondela şəhərini Portudan bir saatlıq yol ayırır. Burada hər kəs mehribandı. İlk gündən dedilər ki, özünü evinizdəki kimi hiss edə bilərsən. Artıq dörd gündür buradayam, uyğunlaşma da pis keçmir.

- 18 yaşınız var. Niyə cəmi bir illik müqavilə imzaladınız?

- Üç illik müqavilə bağlamaq variantı da var idi. Amma bir ilə çox şey dəyişə bilər. Özümü yaxşı tərəfdən göstərə bilsəm, daha güclü klublara keçməyim mümkündür. Bir il sonra belə variant yaransa, problemsiz hansısa kluba keçə bilərəm. Amma bu, bir il sonra bu komandadan yüz faiz ayrılacağım demək deyil. Hər şey yaxşı olsa, daha bir il burada qala bilərəm.

- Hansı nömrə altında çıxış edəcəksiniz?

- Hələ məlum deyil. Toplanış yenicə başlayıb. Mövsümə isə avqustda start veriləcək.

- Əsas heyətin üzvü ola biləcəksiniz?

- İndiyə qədər harada oynamışamsa, əsas heyətin üzvü olmuşam. Komandanın aparıcı futbolçularından biri olmaq istəyirəm. Altı aydır futbol oynamırdım. Amma fərdi qaydada öz üzərimdə çalışırdım. Hazırda fiziki hazırlıqla məşğuluq və özümü yaxşı hiss edirəm. Yoxlama oyunlarında özümü yaxşı tərəfdən göstərmək istəyirəm ki, komandanın əsas heyətində yerimi möhkəmləndirim.

- Yeni klubunuzun hədəfləri nədən ibarətdir?

- Hələ bu barədə danışmaq mənə çətindir. Onların hədəfləri barədə məlumatım olması üçün dil bilməyim lazımdır. Amma mən hələ onların dilini bilmirəm (gülür). Son mövsümdə elitadakı yerlərini çətinliklə qoruya biliblər. Ümid edirəm ki, növbəti mövsümdə komandaya uğurlu çıxış etməkdə kömək edə biləcəyəm.

- Dil problemini necə həll etməyi düşünürsünüz?

- Bu, mənim üçün xüsusi problem olmayacaq. Xüsusilə də meydanda. Klubda rus futbolçu var, o, portuqalca bilir. Onun mənə köməyi dəyir. Bir otaqda qalırıq. Nə lazım olsa, o tərcümə edir.

- Amma dil öyrənməyinizə də ehtiyac var...

- Elə də çətin dil deyil. İspaniyada çox olmuşam. Bunların da dili ispancaya oxşardır. Tədricən öyrənəcəyəm.

- Bu kluba keçidinizi kim məsləhət bildi?

- Bu keçidə görə AFFA-ya minnətdaram. Onlar mənim transfer hüququmu "Xəzər Lənkəran"dan aldılar və Portuqaliya klubuna keçidimə kömək etdilər. (Azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail