Ruslan Abışov: "Bu üzdən də həmin kluba keçidim baş tutmadı" - MÜSAHİBƏ

10.07.2016 | 3712 dəfə oxunub

"İnter"in müdafiəçisi Ruslan Abışovun saytına müsahibəsini təqdim edirik:

- "İnter"dəki ilk günləriniz necə keçir?

- "İnter"də çoxlu dostum var. Ona görə də ilk gündən özümü burada çox yaxşı hiss edirəm. Növbəti mövsümə hazırlıq da yaxşı keçir.

- Komandanız bu qədər yerli futbolçu ilə növbəti mövsümdə nəyə nail ola bilər?

- Legioner sayının çox olması gələcək uğurlar üçün zəmanət hesab oluna bilməz. Əsas keyfiyyətdir. Hazırda heyətimizdə cəmi üç legioner var. Futbolumuzdakı ən yaxşı legionerlərdən hesab olunurlar, təcrübələri də kifayət qədərdir. "İnter"in heyətə cəlb etdiyi yerli futolçularla istənilən uğura imza atmaq olar. Əsas yaxşı hazırlıq keçməkdir.

- Siz hələ Zaur Svanadzeni yaxşı tanımırsınız. Gördüklərinizə əsasən onu Roman Qriqorçukla müqayisə edə bilərsiniz?

- Hələ bu barədə danışmaq mənə çətindir. Hər ikisi peşəkar mütəxəssisdir. Son mövsümdə də komandaları uğurlu çıxış edib. Məncə, onlar ölkəmizdə gördükləri hörmətə layiqdirlər.

- Yığmada dayaq yarımmüdafiəçisi, "Qəbələ"də mərkəz müdafiəçisi kimi çıxış edirdiniz. "İnter"də necə olacaq?

- Buna Zaur Svanadze qərar verəcək. "İnter"də hər iki mövqedə ciddi rəqabət var. Amma hər iki mövqedə oynamaq məni qane edir.

- "Qəbələ"ni niyə tərk etdiniz?

- Uzun müddətdir paytaxtdan kənarda oynayıram. Bir il Lənkəranda, üç il Kazanda, iki il Qəbələdə oldum. Ailəm Bakıya qayıtmağımı, yanlarında olmağımı istəyirdi. "İnter"də də bu baxımdan problemim olmayacaq.

- Sizin "Neftçi"yə, İran "İstiqlal"ına da keçəcəyiniz deyilirdi...

- "İstiqlal" İran futbolunun flaqmanıdır. Hər oyunlarına 70-80 min azarkeş gəlir. Amma kubokun finalındakı məğlubiyyətdən sonra bu komandada baş məşqçi dəyişikliyi oldu. Bu üzdən də həmin kluba keçidim baş tutmadı.

- "Neftçi" barədə heç nə demədiniz...

- Bu barədə danışmaq istəmirəm.

- Klublarımızın Avropa Liqasındakı çıxışı barədə nə deyərdiniz?

- Şadam ki, hər üçü birinci mərhələni uğurla keçdi. Məni daha çox "Kəpəz" sevindirdi. Bu, onların ilk belə uğuru idi. Ümid edirəm ki, ən azı iki klubumuz avrokubokların qrup mərhələsinə də vəsiqə qazanar. (Azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail