Şahin Diniyev: "Əslində yanımda görmək istədiyim adamlar çoxdur" - MÜSAHİBƏ

12.07.2016 | 3042 dəfə oxunub

Bu gün “Kəpəz”in baş məşqçisi Şahin Diniyevin doğum günüdür. Məşqçinin 50 yaşı tamam olur. Stadium.Az klubun saytına istinadən məşqçinin yubiley müshaibəsini təqdim edir: 

- Təbrikə görə sağ olun. Moldovada dediyim kimi, yubileyim üçün mənə ən böyük hədiyyəni mərhələ keçən futbolçularım verdi. Mən onlarla fəxr edirəm. Bir ildir ki, bu oyunçularla işləyirəm, birlikdə külüng döyürük. Onlarla birlikdə bütün çətinliklərin öhdəsindən gələ bilmişik. 50 illiyim ərəfəsində futbolçular arzu elədiyimi həyata keçirdilər. Çox sevindim. Bu qələbə məndən çox Azərbaycan futboluna, Gəncə azarkeşlərinə qazandırdı. Əhəmiyyətli uğur oldu. Ölkəmizin reytinq hesabına xallar yazdıq, fanatlarımıza sevinc bəxş etdik. Azarkeşlər bizə inanırlar, dəstək olurlar. Biz də onlara arxalanaraq oynayırıq. Komandamızla öyünməyə dəyər. Rəhbərliyə təşəkkür edirəm. Ümumiyyətlə, bu qələbədə hamının payı var. Rəhbərlik bizə inandı, sona kimi arxamızda durdu. Hər şey asan əldə olunanda yadda qalmır, çətinliklə qazanılan şey sanki daha şirin olur. Mənə elə gəlir ki, mərhələ keçməyimiz futbolçuların uğurudur və bu qalibiyyət mənim üçün ən böyük hədiyyədir. Futbolla nəfəs alıram, sevincim də, kədərim də futbolla bağlıdır. Ona görə bundan gözəl hədiyyə ola bilməzdi.

- Bəs oynadığınız dövrdə hansı oyun sizin üçün yadda qalan olub?

- Xatırlanası çox şey var. Məşqçi karyeramda millidə və “Qarabağ”da qazandığım qələbələr var. Zəngin futbolçu karyeram olub və fəxr edirəm ki, belə həyat yaşamışam. Nəinki Azərbaycanda, Moldovada, Rusiyada və İsraildə çıxış etmişəm. Bu ölkələrdə keçirdiyim illər unudulmazdır. Legioner kimi baxımlı qollarım, uğurlu oyunlarım olub. Ən yadda qalan qolum uşaqlıq dövrünə aiddir. 8-ci mikrarayonda keçirilən Bakı birinciliyində təxminən 35 metrdən sol ayaqla “doqquzluğ”a vurduğum qol nədənsə xatirəmdə daha çox iz buraxıb. İsraildə yaxşı qollarım olub. Bu yaxınlarda həmin ölkədə vurulmuş ən yaxşı qollar silsiləsindən izlədiyim videoda mənim iki məhsuldar zərbəm yer almışdı. Bu da məni sevindirir. Bunlar tarixdir. “Terek”də, Anatoli Banişevskinin rəhbərliyi altında “Avtomobilçi”də və eləcə də “Kəpəz”də oynadığım illər unudulmazdır. Futbolçu karyeramdan narazı olmamışam. Futbola minnətdaram, bu idman növünün mənə verdikləri mənim ona verdiklərim çox olub. Məşqçilik həyatım enişli-yoxuşlu olub. Amma hər yerdə vicdanla işləməyə çalışmışam. Bu 50 ildə səhvlərim də çox olub. Bunsuz yaşamaq, işləmək mümkün deyil. Yalnız ölülər səhv etmir. Hərəkətdə olan insan mütləq səhv etməlidir. Əsas odur ki, oynayanda da, işləyəndə də heç kimin haqqına girməmişəm. Elə həyatda da beləyəm.

- Oğlunuzun məşqçisisiz. Nə vaxtsa nəvənizi də çalışdıra biləcəyinizi düşünmüsüz?

- (bir az fikirləşir) Maraqlı və ürəyimə dəyən sual oldu. Nəslin davamçılarının futbol oynaması böyük xoşbəxtçilik olar. Düzdü, oğlumun məşqçisiyəm. Amma aramızdakı münasibət ata-oğul yox, məşqçi-futbolçu kimidir. Ona qarşı doğma insan deyil, məşqçi kimi davranmışam. Əgər futbolçunun bacarığı varsa, komandaya kömək edirsə, onun arxasındayam. Qismət olarsa, məşqçi işimi davam etdirərəmsə və nəvəm də futbolçu olarsa, onunla işləmək çox maraqlı olar.

- Sonuncu sual. Səfərlə bağlı işlər çox olduğundan vaxtınız az olacaq. Amma bilmək maraqlı olardı, yubileyiniz geniş çevrədə qeyd olunacaq?

- Hazırda mənim ad günümdən də çox vacib ümumi işlərimiz var. Odur ki, doğum günüm kiçik əhatədə qeyd olunacaq. Heç özüm də belə şeyləri böyük təmtəraqla qeyd etməyi sevmirəm. Əslində yanımda görmək istədiyim adamlar çoxdur. Amma vaxt, imkan yoxdu. Telefonla edilən təbriklər də bəs edər. Həm ölkə daxilindən, həm də ölkə xaricindən zənglər alıram. Diqqət edən varsa, deməli, xoşbəxtəm. Hamıya minnətdarlığımı bildirirəm. Bu xoş günümdə məni unutmadıqlarına görə təşəkkür edirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail