Rəşad Sadıqov: "Hücum cəhdlərimiz alınmadığı üçün inamsızlıq yarandı" - MÜSAHİBƏ

13.07.2016 | 3102 dəfə oxunub

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqun "Düdelanj" klubuna qalib gəldikləri oyundab (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Cavab qarşılaşmasına üstün yollanırsınız...

-  Gözlədiyimiz kimi, çətin oyun keçdi. Oyuna rahat başlamışdıq. İki qol vurduq, getdikcə oyun gərginləşdi. İkinci hissədə rəqib daha çox irəli atıldı və istədiyimiz hücumları qura bilmədik.

- İkinci hissədə isə bir qədər ehtiyatlı oynadınız. Komandada fiziki yorğunluq oldu, yoxsa baş məşqçinin tapşırığı idi?

- Biz geriyə çəkilmədik, lakin rəqib ilk hissədə oynamağımıza daha çox imkan verdi. İkinci hissədə isə daha çox pressinq tətbiq etdilər. Daha sonra hücum cəhdlərimiz alınmadığı üçün inamsızlıq yarandı.

- "Düdelanj"ın hücumçusu sənə qarşı qaydanı pozduqdan sonra ona yaxınlaşıb nə dedin?

- Nə dediyim yadımda deyil, amma çox əsəbləşmişdim. Topsuz vəziyyətdə ayağıma zərbə endirmişdi. Həmin epizoddan öncə bir neçə dəfə top itirmişdim deyə biraz gərginlik oldu. Öncədən tam hazır olmadığımız bilirdik. Bu oyun bunu göstərdi ki, hələ tam formaya düşməyə vaxt lazımdır.

- Cavab oyununda gözlənilməz hesab ola bilərmi?

- 2:0 elə də böyük nəticə deyil. Səfərdəki oyun çətin olacaq. Rəqibin əks hücumları təhlükəlidir. Ola bilər ki, öz meydanlarında daha fərqli oynasınlar. Mərhələnin həll olunduğunu düşünmək yanlışdır. Bizi qarşıda 90 dəqiqə, bəlkə də 120 dəqiqə gözləyir.

- Azərkeşlərin az olmağı diqqətini çəkdimi?

- Tətil səbəbi ilə ola bilər. Oyuna gələn azərkeşlərə minnətdarlığımı bildirirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail