"Qarabağ"ın "Ludoqorets" səviyyəli bir komanda olduğunu deyərdim

16.07.2016 | 4212 dəfə oxunub

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda "Qarabağ"a uduzan (0:2) "Düdelanj"ın qapıçısı Conatan Faubert Lüksemburq mətbuatına müsahibə verib.

Stadium.az-ın məlumatına görə, 36 yaşlı qolkiper ilk görüşdə "Qarabağ"ın onları müdafiə olunmağa məcbur etdiyini bildirib:

- Avrokuboklarda 30-dan çox oyun keçirmiş qapıçı kimi "Qarabağ"a məğlubiyyət sənin üçün nə dərəcədə gözlənilən oldu? 

- Yuxarı, aşağı "Qarabağ"ın iki il öncə qarşılaşdığımız "Ludoqorets" (Bolqarıstan) səviyyəli bir komanda olduğunu deyərdim. Futbolçuların fərdi oyunu baxımından "Qarabağ" çox güclüdür. Elə 2012-ci ildə mübarizədən kənarlaşdırdığımız "Zalsburq" kimi. "Qarabağ" topla yaxşı davranan, paslaşan bir kollektivdir. Bakıda 15 min azarkeş qarşısında oynamaq çətin idi. Rəqib bizi daha çox müdafiə olunmağa məcbur etdi. Xüsusilə, ilk hissədə. 

- Buraxılan iki qolu nəzərə almasaq, qapıda pis təsir bağışlamadın? 

- Bəli. Hesabın məntiqli nəticə olduğunu deyə bilərik. İkinci qolu buraxdıqdan sonra oyunu dəyişmək üçün xeyli vaxtımız var idi. Fasilədən sonra hesabı dəyişmək üçün çox çalışdıq. Ancaq yüz faizlik qol vəziyyətləri yarada bilmədik və nəticədə uduzduq. 

- Penalti zərbəsini dəf etməyə çox yaxın oldun...

- Bəli, çox məyus oldum. İstiqaməti tapdım, topa da toxundum. Ancaq onun qapıya daxil olmasının qarşısını ala bilmədim. 

- Cavab oyunu öncəsi mərhələ keçmək şanslarını necə dəyərləndirirsən? 

- İlk görüşdə 0:2 hesabı ilə uduzduqda, mərhələ keçmək şansın elə də yüksək olmur. Gərək real danışaq, qarşımızda böyük komanda var. Lakin mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik. Oyunu mükəmməl keçirməliyik. Əgər zəif çıxış etsək, mərhələ adlamağımız mümkün olmayacaq. Hətta kiçik səhv də həlledici ola bilər. Ancaq futbolda hər şey mümkündür. Biz daha öncə "Zalsburq"la görüşdə mərhələ adlamağı bacarmışıq. 

- Cəbəllütariq çempionu "Linkoln" evdə Şotlandiya "Seltik"ini 1:0 hesabı ilə məğlub etdi...

- Bu, bir daha Avropada "kiçik komanda"nın olmadığını göstərir. Əgər favorit komanda qol vura bilmirsə, deməli, hər şey ola bilər. Artıq onlar pul haqda yox, turnirdə irəliləmək haqda düşünəcəklər. Cavab görüşündə hər şey ola bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail