Vəli Qasımov: "Cavid həmin epizodda qol vursaydı, bu gün hamı onu qəhrəman kimi görəcəkdi" - MÜSAHİBƏ

22.07.2016 | 3663 dəfə oxunub

"Neftçi" klubunun baş məşqçisi Vəli Qasımov Avropa Liqasının II təsnifat mərhələsində səfərdə Makedoniya “Şkendiya”sına 1:0 hesabıyla məğlub olaraq turnirlə vidalaşdıqları oyundan sonra yenilgi barədə jurnalistlərin suallarını cavablandırıb:

 

“Rəqibi təbrik edirəm. Düzü, onların qol vuracağını gözləyirdik. Sonrakı dəqiqələrdə meydanda azlıqda qalmağımıza baxmayaraq hesabı bərabərləşdirmək üçün risk etdik. Amma alınmadı.

Futbolda belə şeylər olur. Məncə, onu cəzalandırmaq üçün elə bir əsas yoxdu.
 
- Bu gün yarımmüdafiə xəttində Murad Ağayevi oynatdınız. Onun səhvləri kifayət qədər çox oldu...
- Heyətdə futbolçu çatışmazlığı var. Orta xətdə oyunçularımız çox azdır. Ehtiyatda oturanların dördü müdafiəçi idi. Seleksiya işini davam etdiririk.
 
- Bu gün bir neçə dəfə hakimlərə sərt etiraz etdiniz. Hakimliyi necə dəyərləndirirsiniz?
- Bəzi mübahisəli epizodlar oldu. Məncə, səhvlər var idi. Ona görə də bir neçə dəfə qışqıraraq etiraz etdim.
 
- Cavid İmamverdiyev son dəqiqədə bir neçə metrdən qapını nişan ala bilmədi. Düşünmürsünüzmü ki, peşəkar futbolçu belə etməməlidi?
- Cavid “Neftçi”nin oyunçusudu və həmin epizodda qol vursaydı, bu gün hamı onu qəhrəman kimi görəcəkdi. Ümumiyyətlə, kifayət qədər qol vurmaq şansı əldə etdik, amma dəyərləndirə bilmədik.
 
- Sizə elə gəlmir ki, cütün taleyi ilk oyunda həll olunmuşdu?
- Mən bu fikirlə tam razı deyiləm. Bakıdakı oyunda hər iki komanda qol buraxmamağa çalışırdı. Burada da əsas məqsədimiz bu idi. Lakin ilk yarıda qapımızı toxunulmaz saxlaya bilmədik. Fasilədən sonra irəli atıldıq. Hətta Şikovun qovulmasından sonra da riskə getdik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail