Qurban Qurbanov: "Mən ÇL-in qrupuna düşməyi çox istəyirəm" - MÜSAHİBƏ

01.08.2016 | 2893 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabah Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Viktoriya" ilə oyundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Böyük şansımız var. İstəkli komandaya qarşı oynayacağıq.

- İlk oyundan sonra rəqibi daha yaxış tanıyırıq. İnşallah, azarkeşlərimizin qarşısında daha istəkli “Qarabağ” görəcəksiz. Amma rəqibin bizə qarşı göstərəcəyi oyundan da çox şey asılı olacaq. Yeni baş məşqçiləri var, çox istəklidi. Onlar da, bizim kimi matçdan qalib ayrılmaq istəyirlər. Şanslarımız bərabərdi. Çalışacağıq ki, uğurlu nəticə əldə edərək, mərhələ adlayaq.

 

- “Qarabağ” əvvəlki oyununu göstərmir. “Viktoriya” ilə ilk matçda da bu, müşahidə olundu. Rəqibin gücünü hər bir oyunda nəzərə almalıyıq. Üstəlik, onların öz meydanlarında oynamalarına da fikir verməliydik. Bəzən müdafiədən oynayanda düşünürlər ki, müdafiə futbolu oynayırıq. Oyunu rəqibdən asılı qurursan. “Viktoriya” çox pressinq etdi. Matçdan sonra da demişdim ki, futbolçulardan razı qaldım. Çempionatdan sonra çıxıb avrokubokda güclü rəqiblərə qarşı oynayırıq. Hər bir komanda istəyir ki, meydandan qalib ayrılsın. Nəzərə almaq lazımdı ki, biz yenə də işimizi bacardığımız qədər davam etdiririk. Belə turnirlərdə düzgün müdafiə çox önəmlidi.

- Afrikalı hücumçunun transfer məsələsi nə yerdədi?

- 3-4 variantımız var idi. Heç bir futbolçu ilə razılıq əldə olunmayıb. Bəli, həmin afrikalı ilə də maraqlanmışıq. Onunla kiçik razılıq əldə olunub. Amma təkcə bizim istəyimizdən asılı deyil. Gərək, futbolçunun özü və hazırkı klubu da razılıq versin. Bəzi detallar var ki, həm bizim, həm də onlar üçün qanuni, düzgün olmalıdı.

- Sabah mübarizənin taleyini 90 dəqiqədə həll etməyi düşünürsüz, yoxsa əlavə vaxtla bağlı da planlar qurmusuz?

- İstərdim ki, 90 dəqiqə üstünlüyümüz şəraitində keçsin. Amma desəm ki, yalnız 90 dəqiqəni fikirləşirik, yalançı olaram. Əlavə vaxtı da düşünürük.

- Maksim Medvedev zədələnmişdi. Vəziyyəti nə yerdədi?

- Maksim srağagün fərdi, dünən komanda ilə birgə məşq etdi. Durumu normaldı. Həkimlər də Maksimin vəziyyətinin qaydasında olduğunu bildirdilər.

- Sabah Çexiyada şans verdiyiniz heyəti meydana buraxacaqsız?

- Heyətdə ciddi dəyişiklik olmayacaq. Kiçik dəyişiklik ola bilər. Amma hələ qəti qərarımı verməmişəm. 

- “Viktoriya” Çexiya çempionatının ilk turundakı oyununu izlədinizmi? Yoxsa buna ehtiyac görmədiniz?

- “Viktoriya”nın çempionat görüşünü izlədim. Bəzi oyunçuları bizə qarşı az oynamışdılar, amma bu dəfə meydanda daha çox oldular.

- “Qarabağ”dan Çempionlar Liqasının (ÇL) qrupuna düşmək tələb olunur. Futbolçularınız da ÇL barədə düşünürlər, yoxsa ağıllarından Avroliqanın qrupuna düşmək keçir?

- Futbolçulardan hər dəfə nəsə tələb edəndə psixologiyalarına təsir edə bilərik. Biz daim çalışırıq ki, hansısa rəqibə qarşı oynayırıqsa, o rəqibi düzgün qəbul etsinlər, meydanda düşündüyümüz oyunu göstərsinlər. Çempionlar Liqasında kiçik şansımız varsa, ondan istifadə etməliyik. Avroliqanı düşünmürük. Bu turnirdən vidalaşsaq, Avroliqa barədə düşünə bilərik. Oyunlara tam köklənmək, gücümüzdən maksimum istifadə etmək hər birimizim üzərinə düşən vəzifədi. 

- Sizə komandanın oyununa görə ünvanlanan tənqidlərlə razısızmı?

- Bizim işimiz nəticə verməkdi. Bunu etmək üçün çalışmalıyıq. Mən hər hansı yazıya, fikirə etirazımı bildirsəm, öz işimdə peşəkar olmaram. Bu, mənə aid olmayan sahədi.

- Futbolçularınızı qoruduğunuzu başa düşdük. Sizin üzərinizdə təzyiq varmı? Varsa sizi kim qorumalıdı?

- Mən də o fikirlərə reaksiya verməli deyiləm. Əlbəttə ki, məşqçi kimi özümü daim inamlı göstərməyə çalışıram. Futbolçularla təkcə kollektiv şəkildə yox, ayrı-ayrılıqda müzakirələr aparırıq. Təzyiq məndə daha çox olacaq. Amma büruzə verməməyə çalışıram. Təzyiq varsa, deməli, iş prinsipimiz doğrudu. Çalışırıq ki, bizdən tələb olunanları yaxşı yerinə yetirək.

- “Qarabağ” sindromu qırıb, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?

- Sizcə, mən istəmərəmmi bunu edək? Mən ÇL-in qrupuna düşməyi çox istəyirəm. Amma bunu təkcə mən yox, bütün komandalar istəyir. Bilirsiz ki, neçə il Avroliqanın pley-off mərhələsində iştirak etmişik. Güclü rəqiblərlə də mübarizə aparmağa çalışmışıq. ÇL-də kiçik imkanımız varsa, bundan istifadə etmək fikrindəyik. Biz təkcə özümüzü yox, qarşımızdakının da gücünü düşünməliyik. Biz kiməsə qarşı oynamaqdan qorxmuruq, çəkinmirik. Meydana çıxırıqsa, bacardığımız qədər istənilən rəqibə mübarizə göstərməliyik.

- Futbolçu olanda oyun günü səhər məşq edirdiniz. “Viktoriya” ilə səfər matçında da bunu reallaşdırdınız. Bunun komandanın fiziki hazırlığına təsiri oldumu?

- Hər məşqi keçəndə hansı yükləmələrin olacağını bilirik. Biz Çexiyaya gedəndə təxminən 8 saat yolda olmuşduq. Buna görə, oyun günü səhər saatlarına məşq salmışdım. Hansısa fiziki və ya psixoloji yorğunluqdan söhbət gedə bilməz. Nəzərə alın ki, matçdan əvvəl bizim komandanın isinməsi daha az oldu. 

- Təlim-məşq toplanışı zamanı komandanın fiziki hazırlığının pik həddə çatmasını hansı vaxta hesablamısız?

- Kim indi desə ki, çempionata 100 faiz hazıram, mümkün olan şey deyil. Futbolçu 5-6 rəsmi oyun keçirəndən sonra hazır olur. Əgər arada hər hansı futbolçu zədə alırsa, onun performansı aşağı ola bilər. Amma dünya praktikasında da görmüşük ki, futbolçu oyuna-oyuna “artırır”. Son Avropa çempionatında da elə oldu. Turnir təzə başlayanda deyirdilər ki, çempionat zəif keçir. Lakin sonra bu fikirlər dəyişdi.

- Vüqar Nadirovun transferi sizin istəyinizlə edilib?

- Sırf mənim düşüncəmə əsasən komandaya qaytarılıb. “Qarabağ”a təzə gəldiyim vaxt da onu “Karvan”dan götürmüşdük. Vüqarın klubsuz qalması bir məşqçi olaraq, mənə pis təsir etdi. Vüqar “Qarabağ”ın aparıcı oyunçusu idi. Buna görə, onun qayıtmasını istədim. İnşallah, komandaya faydalı olacaq. Yəqin ki, düz addım atmışam. Çox istəklə məşq edir. Özü də hər şeyi başa düşür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail