"Viktoriya"nın baş məşqçisi: "Bundan xəbərim yoxdu" - MÜSAHİBƏ

02.08.2016 | 2745 dəfə oxunub

"Viktoriya" klubunun baş məşqçisi Roman Pivarnik "Qarabağ"la Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində bu gün "Qarabağ"la oyundan öncə jurnalistlərin suallarını cavablandırıb: 

- Sabah kim qalib gələcək: Yaxşı müdafiə olunan, yoxsa, hücum edən?

- Rəqibi də, bizi də 0:0 hesabı qane etmir. Hər iki komanda hücum etmək istəyəcək. Həm "Qarabağ", həm də biz oyunun penaltilərə getməsini istəməz. Buna görə, hər iki komanda qol vurmağa çalışacaq.

- Hücum xəttində kimə şans verəcəksiz?

- Bu barədə keçən dəfə də sual verilmişdi. "Qarabağ"la biz oxşar oyun sərgiləyirik. Hücumda kimin oynayacağını deyə bilmərəm. Buna oyun başlayanda şahid olacaqsız.

- Havanın isti olması komandanın oyununa təsir edə bilər?

- Bizim bu cür hava şəraitində oyunlarımız olub. Avstriyada 32 dərəcədə oynamışıq. Bu cür hava şəraiti bizim üçün problem deyil.

- Komandanız 2 gün öncə ölkə çempionatında oyun keçirib. Bu, yorğunluğa səbəb ola bilər?

 - Bu oyunların bir-birinə heç bir dəxli yoxdu. Bəzi oyunçulara həmin matçda şans verməmişdim. Yəni, yorğunluqdan söhbət gedə bilməz.

 -2 il öncə "Qarabağ" məhz çexiyalı hakim Miroslav Zelinkanın haqsız qərarı ilə Avroliqanın "play-off"undan kənarda qaldı. Bununla bağlı nə deyə bilərsiz?

- Bundan xəbərim yoxdu.

- Püşkatmadan öncə potensial rəqiblər bəlli idi. "Qarabağ" sizə tanış idi?

- "Qarabağ"la düşdükdən sonra bu komanda haqda məlumat toplamağa başladıq.

- Stadionun vəziyyətindən razı qaldız?

- Stadion çox gözəldi. Bu cür çox stadionda oynamışıq. Düzdü, Tofiq Bəhramovu tanımıram. Ancaq demək ki, ona çox hörmət edirlər ki, bu stadiona onun adını veriblər.

- Penalti seriyasına xüsusi hazırlaşmısız?

- Əlbəttə, hazırıq. Ancaq düşünürəm ki, oyun penalti seriyasına qədər uzanmayacaq.

- Azərbaycan üçün "Qarabağ" adının necə mühüm olduğunu bilirsiz?

- Mən hər bir konfliktə qarşıyam. Ümid edirəm ki, bu konflikt tezliklə həll olunacaq. "Qarabağ"ın Bakıda oynaması bizə də təəccüblü gəldi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail