Tahir Gözəl: "Sərxoş olduq" - MÜSAHİBƏ

03.08.2016 | 3110 dəfə oxunub

"Qarabağ"ın prezidenti Tahir Gözəl "Viktoriya" ilə 1:1 hesablı oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

Şans bizim tərəfimizdə idi. Ancaq ən azı 3 dəfə real qol şansını qaçırdıq. Rəqib isə cəmi bir qol vəziyyəti yaratdı və bundan istifadə etdi. Çox istəyərdik ki, bu gün bir tarix yazaq. Həm cənab prezidentimizi, həm də xalqımızı sevindirək və bir tarixə şahidlik edək.

- Bu oyun göstərdimi ki, komandaya hücumçu lazımdı?

- Mən hər dəfə demişəm. Bu iş baş məşqçimizin ixtiyarındadı. Bəyəndiyi futbolçu olsa alarıq. Amma bu gün üstünlük tam olaraq “Qarabağ”ın tərəfində idi. “Qarabağ” bu oyunu udmalı idi. Hər şey bizim tərəfimizdə idi. Ancaq mübarizə davam edir. Bizi indi Avropa Liqası gözləyir. Bu standartlarda oynasaq, istəyimizə çatacağıq.

- Qaçırılan qol şanslarından sonra heç düşündünümü ki, birdən qol buraxar komanda?

- Həmişə bir təhlükə hiss edirdim. Bu komanda da sıradan bir rəqib deyil. Çexiya çempionu olan komanda zəif ola bilməz. Buna görə də, əvvəldən sevinmək olmaz.

- “Futbol ədalətsiz oyundur” demək olar?

- Gəlin belə deyək. Futbolda hər zaman istədiyini ala bilmirsən.

- Baş məşqçinin dəyişikliklərindən sonra komanda qol buraxdı...

- Artıq olan olub. Bundan sonra hər kəsi mühakimə etmək asandı.

- 75-ci dəqiqədən sonra Mişeli əvəzləyərdiz? Təbii ki, məşqçi olsaydız...

- Bunu mən deyə bilmərəm. Mənim işim bu deyil, heç cəhd də etmərəm.

- Artıq görünür ki, bu komanda hazırkı gücüylə Çempionlar Liqasında oynayacaq gücdə deyil. Bəs komanda nə vaxt güclənəcək ki, ÇL-da da oynaya biləcək duruma gəlsin?

- Mən “Viktoriya” rəhbərliyi ilə danışanda onlar mənə dedilər ki, çox da böyük klub deyillər. Ancaq hər oyunlarında stadiona ən azı 12 min azarkeşləri gəlir. Oyunçu məsələsi ayrı. Biz çempionat oyunlarında stadiona 3-5 min azarkeş yığa bilmirik.

- “Astana” ÇL-da qrupa düşdü və 12 miyon avro qazandı...

- Bizə heç kim zəmanət verə bilməz ki, böyük pullarla çox güclü futbolçular alsaq, ÇL-da qrupa düşəcəyik. Azarkeşlərimiz gəlsin stadiona. Stadionumuzun 5 min azarkeş tutumu var, gəlsinlər və doldursunlar.

- Bu oyuna azarkeşləri stadiona səslədiz və gəldilər.Bəlkə hər oyundan əvvəl bunu edəsiz?

- Siz hesab edirsiz ki, çempionat oyunlarına da gələrlər? Onda edərik. Mən bu gün bütün xalqıma təşəkkür edirəm. Möhtəşəm dəstək var idi. Onların dəstəyi super idi. Lap sərxoş olduq. Oyunumuz çox gözəl idi. Biz komandaya ürək verdik. Mən inanıram ki, komandam özünə gələcək və Avropa Liqasında qrupa düşəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail