Rəşad Sadıqov: "Çətin olacaq, hər kəs çöküb" - MÜSAHİBƏ

03.08.2016 | 3880 dəfə oxunub

“Qarabağ”ın ÇL-nın III təsnifat mərhələsində “Viktoriya” Plzenlə 1:1 hesablı heç-heçə etdiyi oyundan sonra komandanın kapitanı Rәşad Sadıqovun jurnalistlərin suallarını cavablandırıb:

- Oyun haqda nə söyləyə bilərsiz?

- Belə oyundan sonra nəsə deməyin mənası yoxdur. Top boş qapıya düşmür… Rəqibin 2 oyuna görə real qol vəziyyəti olmadı. Qismət belə imiş. Təəssüf ki, mərhələni adlamadıq.

- Qol vəziyyətində Əfran İsmayılova iradınızı bildirdiniz?

- Yox, irad bildirmədim. Əvvəlcə də demişdim ki, ortada daha çox olsun. Dediyimi etsəydi, fərqli olardı.

- Sizcə, mərhələni adlamamağınızın səbəbi nədir? Qismət, yoxsa bəxtsizlik?

- Bunu sırf olaraq qismətlə bağlayıram. Başqa deyiləcək sözüm yoxdur. Hər şeydə bir xeyir var. Bir zərbədən sonra hər şey dəyişdi.

- Əvəzəetmələr haqda nə söyərdiniz? Riçard Almeyda sona qədər oynasaydı, olmazdı?

- Hamısı yerində idi. Oyuna biz nəzarət edirdik. Almeyda yorulduğunu dedi və əvəzləndi.

- Qoldan sonra hücumçu kimi çıxış etdiniz…

- Qurban müəllim irəli atılmağımı istədi. Çalışırdım ki, komandaya irəlidə kömək edim.

- Avropa Liqasının pley-off mərhələsinə köklənmək çətin olmayacaq ki?

- Çətin olacaq, hər kəs çöküb. Başqa cür uduzsaydıq, bizə bu qədər təsir etməzdi. Çempionlar Liqasının qrupuna düşməyi çox istəyirdik. İstəyimizə çatmağa çox yaxın olsaq da, sonda hər şey əlimizdən çıxdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail