Roman Qriqorçuk: "Biz Ederə görə oyunumuzu dəyişmək fikrində deyilik" - MÜSAHİBƏ

03.08.2016 | 3341 dəfə oxunub

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabah Fransanın "Lill" klubuyla oyunundan öncə jurnalistlərin suallarını cavablandırıb: 

- Sabahkı oyunun nəticəsi hücumda necə çıxış etməyimizdən asılı olacaq. Təbii ki, hücum etmək istəyəcəyik.  Rəqibin çətin olduğunu bilirik. Amma öz oyun stilimizdən dönməyəcəyik. Sona qədər döyüşəcəyik.
 
- Rəqabəti artırmaq üçün dayaq yarımmüdafiəsinə yeni futbolçu cəlb etmək haqda düşünürsüzmü?

- Bizi əsas hücum xətti qayğılandırır. Həmin mövqeyə yeni oyunçu cəlb etməyi planlaşdırırıq. Təbii ki, digər mövqelərə də yeni futbolçu gətirmək istərdik. Bu, bütün məşqçilərin arzusudu. Amma maliyyə imkanları da nəzərə alınmalıdı. Heyətimizdə olan futbolçulara inanırıq. Onlar inkişaf prosesindədilər.
 
- Sabahkı görüş üçün B planınız varmı?

- Bizim üstünlük verdiyimiz oyun mövqe oyunudur. Yenə buna sadiq qalacağıq. Təbii ki, əks-hücuma keçməyi də bacarmalıyıq. Mən heç vaxt A və ya B planı sözünü işlətməmişəm. Öz aramızda danışırıq ki, sabah necə çıxış etməliyik? Bundan əlavə mümkün olan bütün variantları nəzərdən keçiririk. Rəqibin müdafiəsindəki boşluqları özümüzdə qeyd etmişik və sabah hücuma keçəndə bu da nəzərə alınacaq. Rəqibi yaxşı təhlil etmişik. Müdafiəyə gəldikdə ümumi şəkildə müdafiə olunuruq.
 
- “Lill” cavab görüşündə Ederin də xidmətindən istifadə edəcək. Ona qarşı futbolçularınız fərdi oynayacaqlar?

- Əgər bunu rəqibin baş məşqçisi dəqiq deyibsə, inanmaq olar (gülür). “Lill”in heyətində kifayət qədər təhlükəli futbolçular var. Ederin səviyəsinə bələdik, yaxşı futbolçudu. Biz ona görə oyunumuzu dəyişmək fikrində deyilik.
 
- Sabiq futbolçunuz Viktor Mendi “Qəbələ”yə dəstək olub. Sosial şəbəkədə paylaşdığı həmin videonu görmüsüzmü?

- Xeyr, görməmişəm. Amma ona minnətdaram. Mendi ilə birgə çalışdığımıza görə şadam. Dəstəyinə görə sağ olsun.
 
- “Lill” daha çox cinahlardan hücum qurur. Rəqibin bu üstünlüyünün qarşısını necə kəsməyi düşünürsüz?


- “Lill”in cinahdan üstünlüyə malik olmasını düşünmürəm. Birinci oyunda müdafiəni elə qurduq ki, onlar mərkəzdən yox, cinahdan hücum qurmalı oldular.
 
- “Qarabağ”ın dünən “Viktoriya” ilə keçirdiyi cavab görüşünə baxdızmı?


- Məşqimiz olduğu üçün “Qarabağ”ın oyununa canlı baxa bilmədim. Amma matçın epizodlarını gördüm. “Qarabağ” haqda yalnız xoş sözlər deyə bilərəm. Bu, futboldu. Layiq olmadıqları nəticə ilə üzləşdilər. Mən “Qarabağ”ı dəstəkləyirəm və onlara uğurlar arzulayıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail