Tale Heydərov "Qəbələ"nin zəfərindən danışdı - MÜSAHİBƏ

05.08.2016 | 3085 dəfə oxunub

"Qəbələ" klubunun prezidenti Tale Heydərov komandasının UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Bakıda “Lill”ə 1:0 hesabı ilə qalib gəldiyi matçdan sonra jurnalistərin suallarını cavablandırıb:

- Oyun haqqında fikirlərinizi bildirin zəhmət olmasa...

- Gördüyünüz kimi çox gözəl oyun oldu. “Lill”i keçmək çox çətin idi. Aydın məsələdi ki, həm mənim üçün, həm də hər birimiz üçün olduqca  həyəcanlı bir gün idi. Çox şadam ki, bu mərhələni geridə qoyduq.

- Komandadan bu mübarizə əzmini gözləyirdinizmi?

- İlk oyunda əldə etdiyimiz 1:1 hesablı bərabərlik bizim üçün çox əlverişli nəticə idi. Ancaq rəqimiz də bu gün qələbəyə köklənmişdi, onlar əllərindən gələni etməli idiləri ki, bu mərhələni keçsinlər. Özünüz də gördünüz ki, ən güclü oyunçularını heyətə saldılar. Ancaq belə deyək, “Qəbələ” ilə bacarmadılar.

- Növbəti mərhələdə daha uğurlu çıxış üçün yeni transferlər nəzərdə tutulubmu?

- Mən qeyd etmişdim ki, bir oyunçu – hücumçu axtarışındayıq. Ümid edirəm ki, yaxın günlərdə bu reallaşacaq.

- “Lill” kimi böyük beşlik ölkəsini təmsil edən, güclü bir komandanı yolundan kənarlaşdırdıqdan sonra düşünmək olarmı ki, “Qəbələ”nin pıey-offda çəkinəcəyi bir rəqib yoxdur?

- Xeyr, qətiyyən bunu demək olmaz. Çünki "pley-off"a çatmış komandalar hər halda öz güclərini göstərib bu səviyyəyə çatıblar. Mən əksinə, deyərdim ki, pley-offda bundan asan rəqib olmayacaq. Ona görə də, komanda istirahətdən sonra növbəti qələbələrə köklənməlidir.

- Fransadakı oyundan sonra azarkeşlərə çağırış etmişdiniz. Bu gün onlardan məmnun qaldınızmı?

- Mən bu fürsətdən istifadə edib ilk növbədə jurnalistlərə öz minnətdarlığımı bildirmək istəyirəm ki, həqiqətən də çox böyük iş gördülər, bütün azarkeşləri bu oyuna dəvət etdilər. Real şəkildə birlik göstərdilər. Bu günkü qələbədə azarkeşlərin rolu çox böyük oldu. Həqiqətəndə “12-ci oyunçu” kimi çıxış etdilər.

 - Komanda keçən mövsüm Avropada uğurlu çıxış etsə də, çempionatda ümidləri doğrultmadı. Bu mövsüm necə olacaq? “Qəbələ” “Qarabağ”ın hegemonluğuna son qoya bilərmi?

- Fikrimcə bizim builki heyətimiz keçənilkinə nisbətən daha güclüdür. Komandamız daha yaxşı nəticə göstərməyə borcludur. “Qarabağ” da çox güclü rəqibdir, onlarla oyunlar çox çətin olacaq. Ancaq əlimizdən gələni edəcəyik ki, çempion olaq.

 - Nəzərə alsaq ki, milli birincilikdə bu qədər legioner olmayacaq, bu, “Qəbələ”yə problem yaratmayacaq?

- Bəli, bu, bizim ən böyük probelmimizdir. Yerli futbolçuların kifayət qədər olmaması Azərbaycan futbolunun əsas çatışmazlığıdır. Bu yolda bizim akademiyamız çox böyük işlər görür. Çalışacağıq ki, öz yerli oyunçularımızın xidmətindən istifadə edək.

 - Fransadakı oyundan sonra demişdiniz ki, mərhələni keçsək, bunu Cavid Hüseynova həsr edəcəyik. Düşünürsünüzmü ki, komandanın qələbəsində bu amilin rolu oldu?

- İlk oyunda da biz bunu qeyd etmişdik, bayaq futbolçularla görüşəndə də onlara bildirdim, həqiqətən də oyunçularımız nə qədər özləri üçün oynayırdılarsa, bir o qədər də Cavid üçün oynayırdılar. Ona görə də çox böyük motivasiya oldu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail