"Artıq kiminlə düşməyimizin fərqi yoxdu" - Rəşad Sadiqov - MÜSAHİBƏ

05.08.2016 | 2949 dəfə oxunub

"Qəbələ"nin kapitanı Rəşad Sadıqov Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda Fransanın “Lill” komandasına qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Özümü qəhrəman saymıram. Bu gün komanda olaraq hər birimiz qəhrəmanıq. Qarşılaşama haqqında çox şey danışmağa dəyməz. “Lill”in adı bizi oyuna daha yaxşı motivasiya olmağa, hazırlaşmağa vadar edirdi. Səfərdən sərfəli nəticə ilə dönmüşdük. Doğma meydanda da yaxşı, düzgün oynadıq.

 - Bu nəticəni sensasiya kimi dəyərləndirmək olarmı?

- Sürpriz deməzdim. Sürpriz bir dəfə olur. Biz Fransada da yenilmədik. Burda isə qələbə qazandıq. Komandamız yaxşı forma yığıb. Qrupa düşmək üçün əlimizdən gələni edəcəyik. Bunu bacarıb “Qəbələ”ni sevənləri və sevməyənləri sevindirəcəyik.

 - Hansı oyun daha çətin keçdi?

- Səfərdəki oyunun ikinci hissəsi daha ağır keçdi. Onu da yorğunluqla əlaqələndirərdim. Çünki 14 saat yol getmişdik. Bu da ikinci hissədə təsirini göstərdi.

 - Bu dəfə də sanki 80-ci dəqiqədən sonra dayanmışdınız...

- Hesabda öndə idik. Rəqib də üzərimizə gəlirdi. Onlar artıq 4-5 hücumçu ilə oynayırdılar. Bizi müdafiəyə çəkilməyə məcbur edirdilər. Bununla belə, əks-hücumda rəqibi yaxalaya, yenə qol vura bilərdik. Hava da isti idi.

 - Play-offda qarşılaşmaq istədiyiniz xüsusi rəqib varmı?

- Üçüncü mərhələnin püşkü atılan zaman evdən çıxarkən rəqiblərə baxdım və 5 komanda arasında “Lill”in düşməməsini istədim. Nəticədə elə “Lill”lə qarşılaşdıq. Digər rəqiblər isə “dişimizə” görə idi. Artıq kiminlə düşməyimizin fərqi yoxdu. “Lill” kimi komandanı üstələməyi bacarmışıqsa, bu dəfə də qələbə qazanarıq.

 - Transferlərə ehtiyac varmı?

- Yerli fuutbolçu tapmaq çətindi. Yaxşı oyunçuların klubları ilə müqaviləsi var. Komandada yaxşı gənclər var. Əksəriyyəti Premyer Liqa klublarında əsas heyətdə oynayıblar. Onların bizə köməyi dəyəcəyinə inanıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail