Mövsümün ilk qolunun müəllifi: " Bu yerlərdən birini tutmaq bizim üçün əla olacaq" - MÜSAHİBƏ

07.08.2016 | 3189 dəfə oxunub

Ötən gün Azərbaycan Premyer Liqasının yeni mövsümünə start verilib. Çempionatın açılış matçında AZAL doğma meydanda "Neftçi"ni qəbul edib və 0:2 hesabıyla uduzub. Oyunda hesabı açan Elvin Bədəlov həm də mövsümün ilk qolunu vurmuş oldu. Goal.azxəbər verir ki, matçdan sonra gənc müdafiəçisi jurnalistlərin suallarını cavablandırıb.

- Mövsümə qəbələ ilə start verdiniz. Amma fərqli hissələr izlədik. İzah edə bilərsinizmi?

- Çox çətin oyun oldu. Ümumiyyətlə, mövsümün ilk oyunları hər zaman çətin, ağır keçir. Havanın isti, meydanın süni örtüklü olması da təsirini göstərdi. Qırmızı vərəqəyə baxmayaraq, fasilədən sonra toparlanmağı bacardıq. Bunun da sayəsində qələbə qazandıq.

- Havanın isti, meydanın süni olması oyunun bu saatda keçirilməsinin düzgün olmadığını deməyə əsas verirmi?

- Düz qeyd edirsiniz. Saat 6-da oynamaq olmur. Hava çox istidi. Heç olmasa matçı 8-də başlamaq olardı. Amma bizim bunu dəyişmək səlahiyyətimiz yoxdu. Təqvim açıqlandı, biz də çıxıb oyunumuzu oynadıq. Peşəkarlıq bunu tələb edir.

- Mövsümün ilk qolunu vurdunuz. Bunun xüsusi bir önəmi varmı sizin üçün?

- Təbii ki, buna çox sevindim. Künc zərbəsindən ötürməni qola çevirdim. Bu “ev tapşırığı” idi. Hər şey əla alındı.

- Müdafiə xəttində müəyyən dəyişikliklər olub. Bir-birinizə adaptasiya olmusunuz, yoxsa hələ vaxta ehtiyac var?

- Arxa xətdə çox dəyişiklik olmayıb. İki müdafiəçi komandaya qoşulub. Toplanış zamanı məşq prosesində, eləcə oyunlarda bir-birimizi tanıdıq. Bu gün meydana kim çıxsa, komandanın uğuru üçün çalışacaq.

- "Neftçi" bu mövsüm hansı məqsəd uğrunda mübarizə aparacaq?

- "İlk 3-lük"də qərarlaşmalıyıq. Bu yerlərdən birini tutmaq bizim üçün əla olacaq.

- İki fərqli hissə izlədik. Fasilədə nə dəyişdi ki, oyununuzda dönüş yarandı?

- Birinci hissədə isti bizə mane olurdu. Həm də meydana hazır deyildik. Həm hazırlıq prosesini, həm də son məşqlərimizi təbii örtüklü meydanda keçmişdik. Birdən birə süniyə uyğunlaşmaq olmadı. Adaptasiya olduqdan sonra oyunumuzda da dönüş yarandı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail