Bəxtiyar Həsənəlizadə: "Xususi olaraq "Qəbələ"ni fərqləndirərdim" Müsahibə

10.08.2016 | 3742 dəfə oxunub

"Sumqayıt"ın mərkəz müdafiəçisi Bəxtiyar Həsənəlizadə, "Qarabağ"la çətin oyun öncəsi Stadium.az saytına müsahibə verib.

- Yeni mövsümə hazırlıq necə keçdi?

- Hazırlıq planı sumqayıtda  başladı. Hazırlığın ikinci mərhələsi Türkiyədə davam etdirildi. Sumqayıtda məşqlərimiz həqiqətən ağır keçdi. Əsasən fiziki məşqlər verilirdi. Turkiyədə isə əsasən oyunlar oynadıq. Umumi götürsək toplanışı bizim üçün xeyirli saymaq olar.

- Rəhbərlik qarşınıza hansısa hədəfi qoyub?

- Mümkün qədər yuxarı pillələrdə olmaq lazımdı, bu bizim komandanın hədəfidi.

-  Özün necə düşünürsən, Sumqayıt bu heyətlə ilk dördlükdə qərar tuta bilər?

- Şükür Allaha kollektivimiz çox yaxşıdı. Demirəm ki, hamıda ustalıq səviyyəsi yüksəkdi, ancaq elə fikirləşirəm ki, mehribançılıq nəticənin yarısıdır. Niyə də olmasın, əsas məsələ odur ki, stabil oynamağı bacaraq və xallar yığaq.

- Vaqif Cavadovdan sonra Fərhad və Rail kimi təcrübəli adlarda komandaya qoşuldu. Sənin kimi gənclər "Sumqayıt"da az deyil. Futbolumuzda müəyyən qədər sözünü demiş bu adlardan nələrsə öyrənə bilirsinizmi?

- Əlbətdə onlar bizim üçün örnəkdilər. Onlara baxıb nələrsə öyrənirik. Onların komandada olması çox vacibdir. Son oyunda da Vaqif bunu bir növ subut etdi. Təcrübələri ilə komandaya çox fayda verirler.

- "Sumqayıt"ın məşqlərində şahid olmuşam, məsləhətlərin, tövsüyyələrin vermək baxımından, sanki digər təcrübəlilərə nisbətdə Vaqif daha aktivdir. Yəqin ki, onun adını çəkməyində təsadüf olmadı

- Bəli Vaqif belə məqamlarda fəallıq göstərir, cavanlarla öz təcrübəsini bölüşür. Onun kamandada olması bizim üçün bir üstünlükdür. Eləcə də Vurğun olsun, Rail olsun, və ya Fərhad.

- "Zirə" ilə oyunda zədə səbəbindən oynamadın. Hazırda vəziyyətin necədir?

- İndi şükürlər olsun yavaş-yavaş düzəlirəm. Hələ ki, fərdi məşqlərə təzə başlamışam, mualicəm davam edir. İnşaAllah tezliklə komandaya qoşulacam.

- Növbəti turda rəqib "Qarabağ"dı. Ola bilərmi meydana çıxıb komandana kömək edəsən?

- Yox, bu ehtimal yoxdu. Hələ ki, tam şəkildə sağalmamışam. İnşaAllah sonrakı turlarda qismət olsa sağalıb, komandama kömək etmək istəyirəm.

- Rail Məlikovun gəlişi ilə müdafiənin mərkəzində rəqabət daha da artıb. Belə məqamda zədələnməyinidə nəzərə alsaq, əsas heyətdən kənarda qalmaqdan qorxmursanki?

- Railin komandaya gəlməsinin mənim üçün və komandam üçün yalnız müsbət tərəfləri var.  Rəqabətin artmasına səbəb oldu. Təcrübəsindən həm mən, həm də komandam faydalanır. Rəqabəti artırmaq üçün yaxşı səbəbdir. Belə şeylərdən qorxmaq yox, faydalanmaq lazımdı.

- Artıq neçə mövsümdü premyer liqada stabil olaraq əsas heyətdəsən, digər klublardan dəvət gəlməyib, yoxsa özün elə "Sumqayıt" variantın daha ideal hesab edirsən?

- Keçən mövsüm söz- söhbətlər eşidirdim. Amma rəsmi olaraq mənə təklif göndərən olmayıb. Mənə görə, ideal variant avropadır.

- Bir müddət adın "Qarabağ"la hallanırdı. Bu məsələ nə dərəcə doğru idi?

- Eşitmişdim ele bir şey, ancaq rəsmi təklif olmayıb. Ona görə də, nəsə demək düzgün olmaz.

- İdeal variant olaraq Avropanı dedin. Yaxın vaxtlarda Bəxtiyarın səsini uzaqlardan eşidə bilərikmi?

- Bunu məndə istəyirəm. Bunun üçün üzərimə düşən hər şeyi etməyə hazıram. Hər halda bunu Budaq Nəsirov, Emin Mahmudov edib. Mənə də şans düşsə hazıram.

- Bir müdafiəçi kimi sənə, ölkəmizdə hansı kluba qarşı oynamaq daha çətindi?

- Çempionatda hər oyunun öz çətinliyi var .  Amma xususi olaraq "Qəbələ"ni fərqləndirərdim. Onlara qarşı oynamaq elə də asan deyil.

- Bəs hansı hüçumçunu digərlərindən fərqləndirərdin?

- Reynaldonu deyərdim. Ona qarşı oynamaq heç də rahat deyil

- Samir Abbasov məşqlərdə və oyunda çox aqressiv olur. Tabeliyində çıxış etmək çətin deyilki?

- Hər məşqçinin öz üslubu var. Məşqçimizin aqressiv olması əvvəllər çətin gəlsədə, artıq indi alışmışıq.

- 8 komandalı çempionat heç də bir mənalı qarşılanmır. Sən bu barədə necə düşünürsən?

- 8 komandalı çempionatın keçirilməsinin bizim futbola xeyir verəcəyinə inanmıram. Əksinə ziyan vurur. Çünki nə qədər futbolçu var ki, premyer liqada oynaya bilərdi  ancaq komandaların say azlığından birinci liqaya yollanıblar. Futbolçuların seçim şansı azalıb.

- Səncə hansı klub çempionluğa daha çox şanslıdı?

- "Qarabag" daha şanslı görsənir. Ancaq "İnter" və "Qəbələ"də məncə bu mübarizədə "Qarabağ"a ortaq olacaqlar. "Qarabağ"a heç də asan olmayacaq.

Xanoğlan İmanov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail