Məhəmmədrəsul Məcidov: "Deyirlər ki, sən yalnız 1-ci yeri tutmalısan" - MÜSAHİBƏ

11.08.2016 | 2499 dəfə oxunub

Boks üzrə Azərbaycan yığmasının liderlərindən olan Məhəmmədrəsul Məcidov Braziliyada keçirilən Yay Olimpiya Oyunlarına uğurlu start götürüb. Stadium.Az xəbər verir ki, superağır çəkidə (+91 kq) mübarizə aparan və 1/16 finalda mərakeşli Mohammed Arjaoui üzərində 3:0 hesablı qələbə qazanaraq, adını 1/8 finala yazdıran idmançımız medal şanslarını dəyərləndirib.

- Rio Olimpiadasında ilk görüşünüzü keçirdiniz və qalib gəldiniz. Təəssüratlarınız necədi?

- Rəqibim kifayət qədər güclü idmançı idi. Mərakeşdən olan Mohammed Arjaoui artıq 3-cü Olimpiada idi ki, iştirak edirdi. Zəif boksçu deyildi. Mənim üçün heç də asan olmadı.

- Bu döyüşdə olduqca hazırlıqlı göründüz və motivasiyanız yüksək idi. Bunu nə ilə əlaqələndirərdiniz?

- Təbii ki, yaxşı toplanışla. Uğurlu hazırlıq keçmişik, bunun da bəhrəsini görməkdəyik. Fikrimcə, Olimpiadada komanda hesabında birinci yeri tuta bilərik. Bunun üçün mübarizəmizi davam etdirəcəyik.

- 1/8 finalda qazaxıstanlı İvan Diçko ilə döyüşəcəksiniz. Bu rəqib barədə nə deyə bilərsiniz?

- O da çox təcrübəli boksçudu. Yaxşı texnikaya malik, böyük insandı (gülür). Ancaq rəqibin kimliyinin mənim üçün bir fərqi yoxdu. Yeganə məqsədim Diçkoya da qalib gəlməkdi.

- Deyəsən əvvəllər də onunla qarşılaşmısınız...

- Bəli, 2 dəfə üz-üzə gəlmişik. Hər ikisində qazaxıstanlı idmançıya qalib gəlmişəm.

- Deməli, o, sizdən qorxmalıdı...

- (Gülür). Görək, necə olur.

- Dörd il öncəki London Olimpiadası ilə Rio-2016-nı təşkilatçılıq baxımından necə müqayisə edərdiniz?

- Boks yarışının təşkilatçılığı yüksək səviyyədədi. Elə bir problem görməmişəm. Hər şeydən razıyam.

- Məskunlaşdığınız yer necə, ürəyinizcədimi?

- Bəli, yaxşıdı. Kiçik problemlər hər yerdə olur. İnsan öz evində də bəzən xırda problemlərlə üzləşə bilir.

- Bütün Azərbaycan sizdən medal gözləyir. Onlara sözünüz nədi?

- Azarkeşlərimizin hamısına minnətdarlığımı bildirirəm. Onların varlığını burda da hiss edirəm. Mənə sosial şəbəkələr vasitəsilə çoxlu təbrik mesajları göndərirlər, uğurlar diləyirlər. Deyirlər ki, sən yalnız 1-ci yeri tutmalısan. Onları məyus etməməyə çalışıram.

- Son olaraq, boksçularımızdan neçə medal gözləmək olar?

- Bu suala cavab vermək bir az çətindi. Komandamız Olimpiadaya çox yaxşı hazırlaşıb. Burda maksimum nəticə göstərmək şansımız var. Təmiz mübarizə getsə, əminliklə deyə bilərəm ki, Braziliyada 5 medal qazanacağıq.

Samaya MƏMMƏDOVA



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail